İSLAMİ hökmlər

Ədalətlə hərəkət etmək


Ədalətlə hərəkət etmək

Möminlər şahid olduqları, eşitdikləri, hətta dolayısı ilə xəbərdar olduqları ədalətsiz bir hərəkətə qarşı laqeyd qalmırlar. Əsas götürdükləri Quran əxlaqı onları hər cür zülmə qarşı çıxmağa, məzlumların haqqını qorumağa, onlar üçün mübarizə aparmağa sövq edir. Allah möminlərin üstün ədalət anlayışını "Nisa" surəsində bu şəkildə tərif edir:

 "Ey iman gətirənlər! Sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan! Allah şahidi olun! İstər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya boyun qaçırsanız, Allah etdiyiniz işlərdən xəbərdardır!" ("Nisa" surəsi, 135).

İnsanlar bütün imkanlarını səfərbər edərək ədalətsizliyə mane olmağa çalışırlar. Buna zidd gedən insanlar çoxluq təşkil etsələr də, onların vicdansızlığı inanan insanları iradəsizliyə sürükləməz. Axirətdə şahid olduqları hər bir hadisədə haqq uğrunda necə səy göstərdiklərinə dair sorğu-sual olunacaqlarını və onlardan bu zülmə mane olmaq üçün nə etdiklərinin soruşulacağını bilirlər. Dünyada bir çox insanların etdiyi kimi "görmədim, eşitmədim, ya da anlamadım" deyərək məsuliyyətdən qaçmağa çalışmırlar.

Vicdansızlıq etdikləri halda itirənin, vicdanlı davrandıqları zaman isə qazananın yalnız özləri olduğunu unutmurlar. Buna görə də istənilən haqsızlığa qarşı heç vaxt tamaşaçı kimi baxıb ona laqeyd qalmırlar. Hər hansı bir haqsızlıq olarkən öz işləri ilə məşğul olaraq özlərini görməzliyə vurmurlar.

Quran əxlaqı insanın nəfsinin onun mənafelərinə zidd də olsa, qüruruna ağır da gəlsə, ana-ata, tanış-yad, varlı-kasıb fərqi qoymadan ədalətin qorunmasını zəruri edir. Buna görə də mömin insan bütün gün ərzində haqsızlıq etməkdən, haqsızlığa göz yummaqdan qətiyyətlə qaçır. Kim nəyə layiqdirsə, ona həmin şeyi verməyə çalışır. Məsələn, avtobusa minmək üçün növbə gözləyən insanların qarşısına keçməyə çalışaraq hörmətsizlik etməz və bunu edən birinə də göz yummaz, buna gözəl əxlaqa yaraşan bir tərzdə, gərginlik yaratmadan müdaxilə edər. O, bir nailiyyətdə haqqı olan bütün insanların layiq olduğu tərifi və mükafatı almasına əhəmiyyət verir. Dostları arasında da fərq qoymadan haqlı olanı müdafiə edir. Haqsızlığa qarşı susmur. Məsələn, özünün və ya dostunun etdiyi bir səhv başqasına zərər veribsə, bunu gizləmir və olduğu kimi söyləyir. Və yaranan ziyanı aradan qaldırmaq üçün əlindən gələni edir.