Axırzaman və MEHDİ (əs)

Hz. Mehdi (ə.s.) ın mənəvi xüsusiyyətləri


Hz. Mehdi (ə.s.) ın mənəvi xüsusiyyətləri

Əbu Səid Peyğəmbərin (s.a.a) belə buyurduğunu rəvayət edir: ... SƏMA VƏ YER ÜZÜNÜN SAKİNLƏRİ ONDAN (HZ. MEHDİdən) RAZI QALACAQLAR...  (əl-Bəyan, s. 72, əs-Səvaik-ul Muhrika, s. 161, Yənabi-ul Məvəddə, c. 2, s. 177)

HZ. MEHDİ MAL-MÜLK VƏ NEMƏTİ ƏDALƏTLƏ BÖLÜŞDÜRƏCƏK; YER ÜZÜ BOLLUQ VƏ BƏRƏKƏTLƏ DOLACAQ

Hz. Mehdi insanlara o qədər bol nemət paylayacaq və ehtiyaclar o tərzdə ödəniləcək ki, insanlar pulunu xərcləməyə belə yer tapmayacaq..

Hz. İmam Hüseyndən (ə.s) belə rəvayət olunmuşdur: "Bir-birinizin halını soruşub bir-birinizə lütf edin. And olsun toxumu yarıb yaşıllaşdıran və canlıları yaradan Allaha ki, ELƏ BİR ZAMAN GƏLƏCƏK Kİ, HEÇ KİM BİRCƏ DİNAR VƏ DİRHƏM XƏRCLƏMƏYƏ BELƏ YER TAPA BİLMƏYƏCƏK." (Yəni Hz. Mehdinin zühur etdiyi zaman Allah Təalanın və vəlisinin (Hz. Mehdinin) lütfü səbəbiylə heç kim pulunu xərcləməyə bir yer tapa bilməyəcək.)