Allahın İSİMLƏRİ

HAFİD (Alçaldan)


HAFİD  (Alçaldan)

 

O alçaldacaq, ucaldacaqdır. (Vaqiə surəsi, 3)

Hər insan müəyyən bir zəka səviyyəsi, görmə, düşünmə və düşündüklərindən nəticə çıxarma qabiliyyətinə malikdir. Məsələn, insan öz bədəninin quruluşundakı qüsursuzluğa baxdıqda mükəmməl bir dizayn görür. Bu dizaynın detallarındakı ağıl əlamətlərini düşündükdə bütün bunları planlayan, hazırlayan və var edənin olduğunu dərk edir.

Ancaq, şübhəsiz, bu sayılanlar sahib olduqları qabiliyyətləri istifadə edən insanlara aiddir. Bir də qarşılaşdıqları hadisələr üzərində heç düşünməyən insanlar vardır ki, bunlar yer üzündəki insanların əksəriyyətini təşkil edirlər. Daha əvvəl də ifadə etdiyimiz kimi, bu insanlar dünyaya gəlir, böyüyür, hər kəs kimi normal bir həyat yaşayır və ölürlər. Halbuki, Allah Quranda düşünüb nəticə çıxaranları tərifləmiş, digərlərini isə alçaldacağını bildirmişdir. Ayələrdə belə buyurulur:

 O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah’ı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:)“Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi odun əzabından qoru! Ey Rəbbimiz! Sən oda saldığın kəsi rüsvay edərsən. Zalımların köməkçiləri olmaz. (Ali-İmran surəsi, 191-192)

Düşünüb nəticə çıxaranlar Allah’ın ucaltdığı insanlardır. Bu insanlar Allah’a qul olmaq üçün əmrləri tam olaraq yerinə yetirir və bu xüsusiyyətləri ilə digərlərindən tamamilə fərqlənirlər. Digər qrup (düşünməyən insanlar) isə insani qabiliyyətlərə sahib olmalarına baxmayaraq, bunlardan istifadə etmir və sadə həyat yaşayırlar. Heyvan kimi fiziki ehtiyaclarını təmin edəcəkləri həyatı seçirlər. Bu insanlar da Allah’ın yaratdığı, ancaq vicdanlarından istifadə etmədikləri, düşünmədikləri və adi yaşayışı seçdikləri üçün alçaltdığı şəxslərdir. Bu şəxslərlə əlaqədar Quranda belə bir nümunə verilir:

 Kafirlərin məsəli çığırtı və bağırtıdan başqa bir şey anlamayanları haylayanın məsəlinə bənzəyir. Onlar kar, lal və kordurlar, anlamazlar. (Bəqərə surəsi, 171)

 Özlərinə qoyulan qadağanı pozduqları zaman Biz onlara: “Mənfur meymunlar olun!”– dedik. O zaman Rəbbin onlara qiyamət gününədək ən ağır əzab verəcək kimsələr göndərəcəyini bildirdi. Doğrudan da sənin Rəbbin tez cəza verəndir. Həqiqətən də O, bağışlayandır, rəhmlidir. Biz onları yer üzündə ümmətlərə böldük. İçərilərində həm əməlisaleh olanlar, həm də belə olmayanlar vardır. Biz onları yaxşılıq və pisliklə sınadıq ki, bəlkə dönələr. (Əraf surəsi, 166-168)

 Özlərini öyənləri görmürsənmi? Xeyr! Allah istədiyini tərifləyər və onlara xurma çərdəyindəki tel qədər haqsızlıq edilməz. (Nisa surəsi, 49)