İman HƏQİQƏTLƏRİ

Molekulların bombardman şəklində hərəkətini hiss etdiyimiz hadisə: külək


Molekulların bombardman şəklində hərəkətini hiss etdiyimiz hadisə: külək

Molekulların bombardman şəklində hərəkətini hiss etdiyimiz hadisə: külək


Molekulların hərəkəti bəzən hiss edəcəyimiz ölçüdə olur. Bu, bəzən bizi üşüdəcək qədər yüngül, bəzən də ağacları, binaları yıxacaq qədər güclü külək ola bilər. Bəs küləyi necə hiss edirik? Küləyi iki səbəbə görə hiss edirik;


Havanın üzərimizdəki itələmə qüvvəsi


Bədənimizin bir tərəfinə toxunan hava molekulları digər tərəfinə toxunanlara nisbətən daha güclü itələmə qüvvəsi tətbiq edir. Beləliklə, küləyin hərəkət etdiyi istiqamətə doğru itələnirik. Əgər havada külək yoxdursa, hər tərəfimizə eyni ölçüdə itələmə qüvvəsi tətbiq olunduğuna görə, itələmə qüvvəsinin cəmi sıfıra bərabər olur. Bu təqdirdə molekulların bədənimizə toxunmasının yeganə təsiri bədənimizə tətbiq etdiyi təzyiqdir ki, bunu da bədənimizdəki xüsusi sistem sayəsində hiss etmirik.


Küləyin üşütməsi


Bədənimiz kiçik temperatur dəyişikliyini rahat hiss etdiyinə görə meh kimi yüngül hava axınlarını belə hiss edirik. Bədənimizin açıqda qalan hissəsi (əlimiz, üzümüz) digərlərindən çox üşüdüyü üçün hava axınının haradan gəldiyini də anlayırıq. Bəs hava axınları nə üçün bizi üşüdür? Əgər hava axını yoxdursa, dərimizi əhatə edən hava molekulları çox az yer dəyişdirər və biz də bunu hiss etmərik. Çünki bir saniyədə milyardlarla toqquşma olduğu halda, molekullar ancaq 1 sm yer dəyişdirir. Ancaq küləkli havada bədənimizi əhatə edən hava molekullarının hamısı itələmə qüvvəsi ilə eyni istiqamətə doğru hərəkət etdiyinə görə yerlərini daha soyuq havaya verirlər. Bədənə toxunan yeni təbəqə sürətlə isindiyinə görə temperatur itiririk.


Digər səbəb küləyin dərimizdəki su buxarını uzaqlaşdırmasıdır. Buxarlanma ətrafdan temperatur udduğu üçün üşüməyə səbəb olur. nəm və ya tərli bədənimizdə hava axınını daha çox hiss etməyimizin, bədənimizin özünü soyutmaq üçün tərləməsinin və isti şorbanı üfürərək soyutmağımızın səbəbi də budur.


Ətrafınızdakı hündür binalar, eviniz, bağınızdakı stol, yediyiniz meyvə, içdiyiniz su... Bunların hər biri müxtəlif xüsusiyyətlərə malik, fərqli maddələrdir. Təbiətdə mövcud olan təqribən 109 atomun müxtəlif miqdarda və formada birləşməsi yer üzündəki müxtəlifliyi meydana gətirmişdir. Bu 109 atom bir-birindən fərqli maddələri meydana gətirdiyi kimi, qoxu, dad, rəng, bərklik, yumşaqlıq, axıcılıq, uçuculuq kimi xüsusiyyətləri də meydana gətirir. İndi düşünün. Siz 109 fərqli hissənin birləşməsi ilə müxtəlif xüsusiyyətlərə malik neçə fərqli maddə əmələ gətirə bilərsiniz? Əlbəttə, verəcəyiniz say məhduddur. Bu qədər məhdud xammal ilə bu qədər möhtəşəm müxtəliflik, şübhəsiz ki, Allahın uca sənətidir.


Molekulların bədənimizə toxunduğunu nə üçün hiss etmirik?


Bunun cavabı bədənimizin yaradılış möcüzəsindədir. Beynimizə ağrı impulslarını göndərən sinirlərimiz atmosfer təzyiqinin bədənimizdə meydana gətirdiyi dəyişikliyi, başqa sözlə, molekulların bədənimizə toxunması ilə əmələ gələn təzyiqi impulsa çevirmir. Sinir hüceyrələri ancaq böyük təzyiq olduğu təqdirdə impuls göndərir.


Bununla yanaşı, uca Allah sinir hüceyrələrini xarici amillərlə uyğun yaratmışdır. Məsələn, qolumuza barmağımızla davamlı şəkildə bassaq, əmələ gələn ağrı hissinin getdikcə azaldığını və bir müddət sonra tamamilə itdiyini görərik. Şübhəsiz ki, bu, çox böyük nemətdir. Əks təqdirdə, paltarlarımızın meydana gətirdiyi toxunma hissi beynimizə həddindən artıq lazımsız impulslar göndərər və biz paltarlarımızdan daima narahat olardıq.


Uca Allah hər şeyi bir ölçü ilə yaratmışdır


Elm adamlarının “təbiət qanunu” adlandırdığı bu həssas müvazinət olmasaydı, yer üzündəki, hətta bədənimizdəki zülalları və hüceyrələri təşkil edən molekullar da daxil olmaqla, kainatda heç bir şey sabit qalmazdı. Bundan əlavə, bu molekulların hərəkət sürətini və bizə böyük sürətlə toxunduğunu hiss etsə idik, həyat bizim üçün dözülməz olardı. Çünki ömrümüz boyu həm ətrafımızı və bədənimizi əmələ gətirən molekulların dağılıb parçalanmasına mane olmağa, həm də toxunaraq bizə zərər vermələrinin qarşısını almağa çalışardıq. Ancaq uca Allah hər şeyi bir nizamla və qüsursuz uyğunluq içində yaratmışdır. Uca Allahın qüdrətinin göstəricisi bir ayədə belə bildirilir:

... Şübhəsiz, Allah hər şeyi hesaba alandır.(Nisa surəsi, 86)