İman HƏQİQƏTLƏRİ

Qidalanma Formasına Uyğun Yaradılmış Dimdiklər


Qidalanma Formasına Uyğun Yaradılmış Dimdiklər

Quşların dimdikləri növlərinə görə çox müxtəlifdir.
Qılınc dimdikli kolibrinin çiçək nektarı sormaq üçün bədənindən dörd qat uzun, nazik dimdiyi var.
Makao tutuquşularının dimdiyi isə ən çətin qozları belə qıran qarmaqvari quruluşa malikdir.
Tutuquşunun dimdiyi toxumları asanlıqla aça bilən quruluşa malikdir.

Flaminqonun dimdiyində isə kiçik buğumayaqlıların qabığını süzmək üçün ələyəbənzər, xüsusi hissə var.


Yaxalı kolibri (Coeligena torguatua) çiçək tozları ilə qidalanan bir quş növüdür, amma digər quşlardan fərqli bir xüsusiyyətə malikdir. Bir çox quş kimi dimdiyini çiçəyin içinə salaraq qida toplamır. Çiçək tozu toplayarkən xüsusi quruluşu malik dilindən istifadə edir. Dilinin ortası iç-içə keşmiş iki V hərfi formasında başdan ayağa qədər oyuq-oyuqdur. Uzun dilini çiçəyin içinə salanda çiçək tozları toplanır və dil ağzın içinə çəkilərkən heç bir yerə sürtünmədiyi üçün toplanan qidada itki olmur.


Uzun dimdikli su cüllütü sahil quşudur. Havaya qalxarkən çox sürətli hərəkət edir və ziqzaqlar cızır. Dayaz bataqlıqlarda tapdığı sürfə və xırda qurdlarla bəslənir. Su cüllütünün dimdiyi yem axtarmaq üçün olduqca uyğun quruluşdadır. Bu hərəkəti edərkən uzun dimdiyini torpağa salıb bir tikiş maşını kimi sürətlə bir aşağı, bir yuxarı hərəkət etdirərək sürfə və qurdları sürətli şəkildə toplayır.


Qağayı növlərində dimdiyin forması qidalanma xüsusiyyətlərinə bağlı olaraq dəyişir. Məsələn, qağayıların və xüsusən, yırtıcı qağayıların qarmaqvari dimdikləri tutub qoparmağa əlverişlidir.
Atlantik Okeanı sahillərində yaşayan kütdimdik ilə susüpürən adlı quşun dimdiyi isə bir neçə balıq daşıyarkən yenidən suya dalıb balıq ovlaya biləcək quruluşdadır.