AXİRƏT

Dövrümüzün xəstəliyinin əsl adı stress deyil, təvəkkülsüzlükdür


Dövrümüzün xəstəliyinin əsl adı stress deyil, təvəkkülsüzlükdür

Bu gün cəmiyyətlərin ən böyük problemlərindən biri stressdir. İnsanların fiziki və zehni güclərini zəiflədən, onları bədbəxt, şövqsüz, bitkin hala salan, hətta xəstə edən bir xəstəlik. Bu xəstəlik insanın həyata neqativ baxmasına, həyat eşqinin azalmasına, bədbinləşməsinə səbəb olan, psixoloji gərginlik halı olaraq bilinir. Adı çəkildə cəmiyyətdə ciddi xəstəlik kimi qəbul edilməsə də həll yolu Quranda axtarılmadıqda insanı ölümə qədər apara biləcək qədər ciddi xəstəlikdir stress.

Stress insan orqanizminə necə təsir edir?

Zehni və fiziki gücü azaldır

Bədbin ruh halına gətirib çıxarır

Yorğunluq, gücsüzlük və narahatlığa səbəb olur

Diqqət dağınıqlığı və fikri toplamada çətinlik yaradır  

Panik ataka səbəb olur

Dözümsüzlük yaradır

Kefsizlik meydana gəlir

Depressiyaya səbəb olur

Tez əsəbləşən aqressiv hala səbəb olur

İmmun sistemini zəiflədir, tez xəstələnməyə səbəb olur

Çox yemək yeməyə səbəb olur

“Rahatlıq” adı altında zərərli vərdişləri (içki, siqaret, narkotika) olur

Ürək döyüntüləri artır

Nəfəs çatışmazlığı və udqunma çətinliyi meydana gətirir

Yuxu problemi yaradır

Baş ağrısına səbəb ola bilər

Yüksək təzyiqə, dolayısilə də infarkt riskinin artmasına səbəb olur

Stressin müddətinin artması ilə birlikdə əzələ və sümüklərdə itkilər yaranmağa başlayır.

Stressin insan üzərində daha bir çox mənfi təsirləri var. Stress problemini insanlar texniki yollarla həll etməyə çalışırlar. Halbuki stress və yaratdığı təsirlərin hamısı əslində insanın Allah´ın göstərdiyi yola tabe olmamasının nəticəsidir. Çünki stress, yəni insanın özünü təziq altında hiss etməsi, həyatındakı hər şeyin nəzarətinin öz əlində olduğunu zənn etməsinin nəticəsidir.

Bir anlıq düşünün... Tək gücün Allah´ın olduğunu və qədərin (tale) yaşandığının fərqində olmayan insana, «Bütün məsuliyyət səndədir. Bütün nəzarət təkcə səndədir. Tək başına bu həyatın öhdəsindən gəlməlisən» deyilsə, ona necə təsir edər? Bu ağır yük, yəni stress insanın, həyatın bütün çətinliklərinin öz çiyinlərinə düşdüyünü və sonu bəlli olmayan yolda dəlicəsinə mübarizə aparıb qalib gəlməli olduğunu zənn etməsinin nəticəsidir. Halbuki Allah Quranda insanların başıboş buraxılmadıqlarını və hər şeyin müəyyən edilmiş bir qədərlə baş verdiyini bir çox ayədə bildirir. Məsələn, bu ayələrin birində Allah Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!” (Qiyamə surəsi, 36) deyə xəbər verir. Yenə başqa bir ayədə “Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə yaratdıq.” (Qamər surəsi, 49) deyə bildirir.

Bəli, insan dünyada başıboş buraxılmış varlıq deyil. Allah hər insanı öz qədəri ilə yaratmışdır. Təkcə insan deyil, bütün kainat qədərlə yaradılmışdır. Dolayısilə dünyada baş verən, mənfi və ya müsbət kimi görünən hər hadisə anbaan bu qədərə tabedir və Allah’ın nəzarətindədir. Biz gələcəyi və gələcəkdə olacaq hadisələri bilmirik, ancaq Allah bilir. Bu səbəbdən Allah’ın hər şeyi bir qədərlə yaratdığına və nəticənin də mütləq bizim üçün xeyirli olacağına səmimi şəkildə inandığımızda o zaman dünyadakı həyatımızı rahat yaşamağımız üçün bütün şərtlər də meydana gəlmiş olur.

Məsələn, insana «Sabun və su səni təmizləyir, palçıq isə çirkləndirir» məlumatı verilib. İnsan buna qəti şəkildə inanır və əksini əsla düşünmür. Əlini su ilə sabunladığında tərtəmiz olduğuna tam inanır. Su ilə bir meyvəni yuduqda o meyvənin yeyiləbiləcək qədər təmiz olduğuna şübhə etmir. İnsan bu tip məlumatlara bir növ iman gətirir və əksini düşümür. Halbuki suyu, sabunu yaradan, onları təmiz yaradıb xidmətimizə verən Allah’dır. Bizə onların təmiz olduqlarına, bizdə təmizlik meydana gətirdiklərinə dair hissi verən də Allah’dır.

Eynilə bu şəkildə, insanın Allah´a imanı çox qəti və güclü olmalıdır. Allah bu dünyanı Özünün yaratdığını milyonlarla dəlillərlə bizə təqdim edir. Bu səbəbdən başlanğıc anımızdan son anımıza qədərki halımızı sonsuz keçmişdə bildiyini və hər anımıza tam hakim olduğunu bildirdiyində də buna heç bir şübhə etmədən inanmaq lazımdır. O zaman stressi meydana gətirən bütün səbəblərin bir anda yox olduğunu da görərik. Çünki stress Allah´a  güvənməməyin insanlara gətirdiği böyük bəladır. İnsan Allah´a lazımi kimi güclü imanla bağlanmadığında, bu ona gücsüzlük, qorxu, stress, narahatlıq, əsəb, gərginlik, panika, bədbəxtlik kimi bəlalarla geri dönəcək və əsəb, fiziki xəstəliklər kimi problemlərin meydana gəlməsinə zəmin yaranacaq.

Unutmayın ki, stressin yeganə dərmanı Allah´a  tam güvənmək, yəni təvəkkül etməkdir. İnsan güclü imana sahib olarsa, sanki üzərindən beton divar qalxmış kimi həm zehni, həm də fiziki olaraq rahat olacaq, bu funksiyalarını ən gözəl şəkildə istifadə etməyə  başlayacaq.

Təvəkkül edən insanla etməyənin halını başa düşmək baxımından Bədiüzzaman Səid Nursinin bu misalı çox mənalıdır.

Təvəkkül edən və etməyənin misalı bu hekayəyə bənzəyir: 

Vaxtilə iki nəfər həm bellərinə, həm də başlarına ağır yüklər yüklənib böyük gəmiyə bilet alıb girdilər. Birisi, girən kimi yükünü gəmiyə qoyub, üstündə oturub, ətrafa baxmaya başlar; digəri həm axmaq, həm məğrur olduğundan yükünü yerə buraxmır. Ona deyildi: "Ağır yükünü gəmiyə qoy, rahat ol". 

O dedi: "Yox, mən qoymayacağam. Bəlkə zay olar. Mən güclüyəm. Malımı belimdə və başımda qoruyacağam". 

Yenə ona deyildi: "Bizi və sizi qaldıran bu etibarlı hökmdarlıq gəmisi daha güclüdür, daha yaxşı qoruyar. Bəlkə başın fırlanar, yükünlə birlikdə dənizə düşərsən. Həm də getdikcə gücdən düşərsən. Bu bükülmüş belin, bu ağılsız başın, getdikcə ağırlaşan bu yüklərə taqət gətirə bilməyəcək. Kapitan  belə əgər səni bu halda görsə, ya dəlidir deyə səni qovacaq, ya ’xaindir, gəmimizi töhmət altında qoyur, bizi təhqir edir, həbs edilsin’ deyə əmr edəcək. Həm hər kəsə məsxərə olarsan. Çünki diqqəti açıq olanların gözündə zəifliyi göstərən kibrinlə, acizliyini göstərən qürurunla, riyanı və zilləti göstərən süniliyinlə özünü məsxərəyə qoydun, hər kəs sənə gülür" deyildikdən sonra o biçarənin ağılı başına gəldi,  yükünü yerə qoydu, üstündə oturdu. "Oh! Allah səndən razı olsun. Zəhmətdən, həbsdən, məsxərədən xilas oldum" dedi.

Ey təvəkkülsüz insan! Sən də bu adam kimi ağlını başına al, təvəkkül et. Ta bütün kainatın dilənçiliyindən və hər hadisənin qarşısında titrəməkdən və övünməkdən və məsxərədən və axirət həyatında pis vəziyyətə düşməkdən və təzyiqati dünyadakı sıxıntılar həpsindən qurtulasan.  (Sözler 284, 285)