Yaradılış DƏLİLƏRİ

Fosillər təkamülü təkzib edir


Fosillər təkamülü təkzib edir

Təkamül nəzəriyyəsi bütün canlıların bir-birlərindən törədiklərini iddia edir. İddialarına görə canlılar müəyyən zaman ərzində digər canlıya çevrilmiş və bütün növlər bu cür meydana çıxmışlar. Təkamül nəzəriyyəsinin iddia etdiyi bu çevrilmə yüz milyonlarla illik dövrərzində baş vermiş və mərhələ-mərhələ inkişaf etmişdir.
 
Bu halda bir canlının digərinə iddia edilən uzun çevrilmə prosesi zamanı saysız-hesabsız ara keçid növləri yaşamalı idi.
 
Bu iddiaya görə, keçmişdə balıq xüsusiyyətlərini daşımasına baxmayaraq, bir tərəfdən də bəzi sürünən xüsusiyyətləri qazanmış yarı balıq-yarı sürünən canlılar yaşamalıdır və yaxud sürünən xüsusiyyətlərini daşımaqla yanaşı, həm də bəzi quş xüsusiyyətləri qazanmış sürünən-quşlar meydana çıxmalıdır. Bunlar keçid dövründə olduqları üçün şikəst, natamam, qüsurlu canlılar olmalıdır. Təkamülçülər keçmişdə yaşadıqlarını fərz etdikləri bu xəyali canlıları “ara keçid formaları” adlandırırlar.
 
İlk öncə onu qeydedək ki, təkamülçülər tərəfindən irəli sürülən bütün iddialar kimi bu iddia da heç bir dəlilə söykənmir. Əgər, həqiqətən, bu cür canlılar keçmişdəyaşayıblarsa, onda onların sayı milyonlarla, hətta milyardlarla olmalıdır vəbu keçid mərhələlərdə meydana çıxan əcaib canlıların qalıqlarına mütləq fosil qalıqlarında rast gəlinməlidir. Çünki bu ara keçid formalarının sayı bu gün bildiyimiz heyvan növlərindən çox olmalı və dünyanın hər tərəfi fosilləşmiş ara keçid formalarla dolu olmalıdır. Təkamül nəzəriyyəsinin banisi Çarlz Darvin “Növlərin Mənşəyi” adlı əsərində bunu belə açıqlamışdır:
 
“Əgər nəzəriyyəm doğrudursa, növləri bir-biri ilə əlaqələndirən saysız-hesabsız ara keçid növləri mütləq yaşamalıdır... Onların yaşadıqlarının dəlilləridə yalnız fosil qalıqlarında tapıla bilər.” (Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 179.)
 
Bunları deyən Darvin arakeçid forma fosillərinin heç cür tapılmadığını bilirdi. Bunun nəzəriyyəsi üçün böyük çətinlik yaratdığını da görürdü. Buna görə də “Növlərin Mənşəyi” kitabının “Nəzəriyyənin çətinlikləri” (“Difficulties on theory”) adlı bölməsində belə qeyd etmişdi:
 
“Əgər,həqiqətən, növlər digər növlərdən tədrici inkişafla törəmişdirsə, nə üçün saysız-hesabsız ara keçid formaya rast gəlmirik? Nəyə görə bütün təbiət qarmaqarışıq deyil, tam nizam halındadır?” (Charles Darvin, TheOrigin of Species, s. 172, 280.)
 
Darvinin bu problemləri vurğulamasından 100 ildən çox keçdiyinə baxmayaraq, mövcud olduğu iddia edilən ara keçid formalardan əsər-əlamət yoxdur. Bir ədəd belə ara keçid forma fosilinin olmaması təkamül nəzəriyyəsini darmadağın etməyə kifayət edir.