Peyğəmbərlər

Peyğəmbərimizin (səv) möminlərə sevgini tövsiyə etdiyi sözləri


Peyğəmbərimizin (səv) möminlərə sevgini tövsiyə etdiyi sözləri

Peyğəmbərimizin (səv) möminlərə sevgini tövsiyə etdiyi sözləri

Miqdam ibn Madikərib (rə) belə bildirir:

“Rəsulullah (səv) buyurdu ki: Biriniz qardaşının (Allah rizası üçün) əxlaqını sevirsə, bunu ona söyləsin”.

Ata əl-Xorasani bildirir: “Rəsulullah (səv) buyurdu ki: “Əllə görüşün ki, qəlblərdəki kin getsin, hədiyyə alıb-verin ki, bir-birinizə qarşı sevgi yaransın və aradakı düşmənçilik bitsin”.

“Hədiyyələşin, bir-birinizi sevin, “Bir-birinizə yemək payı verin. Bu, ruzinizdə genişlik hasil edər”.

“Allah yanında ən sevimliniz dostluq quran və onunla dostluq qurulanlarınızdır. Allah yanında heç sevimli olmayanınız isə təqib edənlər, dostların arasını vuranlardır”.

“İki qardaş (iki dost) iki əl kimidir. Biri o birini yuyar”.

“Bir-birinizə üz çevirməyin! Bir-birinizə kin saxlamayın! Bir-birinizlə dostluğu kəsməyin! Ey Allahın bəndələri, qardaş olun!”.

“Sizə verdiyi nemətlərdən ötrü Allahı sevin, məni də Allah məni sevdiyi üçün sevin”.

“Allah rizası üçün təvazökar olanı Allah ucaldar. Təkəbbürlü olanı Allah alçaldar. Allahı çox ananı Allah sevər”.