Yaradılış DƏLİLƏRİ

Pəri balığı (boarfish)


Pəri balığı (boarfish)


Yaş: 37-23 milyon il
Dövr: Oliqosen
Tapıldığı yer: Polşa


Məlumat:
Təqribən 150 ildir davam edən paleontoloji fəaliyyətlər nəticəsində təkamülə dəlil olan bircə fosil də tapılmamışdır. Əldə edilən bütün fosillər canlıların təkamül keçirmədiyini göstərir.
Pəri balığının dövrümüzdə yaşayan nümunəsi ilə 37-23 milyon illik fosili müqayisə edildikdə balığın belindən çıxan üzgəclərin, kəllə quruluşunun və quyruğunun heç bir dəyişikliyə məruz qalmadığı açıq-aşkar görünür. Balığın uzunluğu və eni, demək olar ki, bərabərdir. Bu balığın 6 növü də Atlantik, Sakit və Hind okeanlarının dərinliklərində yaşayır. Bu balıq növünü də digər bütün balıqlar kimi Allah yaratmış və canlı dövrümüzə qədər heç bir dəyişiklik keçirmədən nəslini davam etdirmişdir.
Aşağıdakı şəkildə 37-23 milyon illik pəri balığının sağ tərəfdə görünən və dövrümüzdə yaşayan nümunələri ilə eyni olması təkamülün böyük yalan olduğunu göstərən dəlillərdən biridir.