DİGƏR varlıqlar

Quran oxuyarkən şeytandan Allah´a sığınmaq


 Quran oxuyarkən şeytandan Allah´a sığınmaq


Al­lah bir sınaq olaraq şey­ta­nı in­san­la­rın dü­şün­cə­lə­ri­nə giz­li təl­qin­lər edən xü­su­siy­yət­də ya­ra­dıb. Bu təl­qin də in­san­la­rın iman də­rə­cə­lə­ri­nə gö­rə də­yi­şir. Şey­ta­nın in­kar­çı­lar qar­şı­sın­da hər is­tə­di­yi­ni et­di­rə­cək bir qüv­və­si ol­du­ğu hal­da, sə­mi­mi mö­min­lə­rin ima­nı­na zə­rər ve­rə bi­lə­cək heç bir qüv­və­si və tə­si­ri yox­dur (Hicr su­rə­si, 39-40).

La­kin şey­ta­n Al­la­h´ın xa­lis qul­la­rı­nı az­dır­maq qabiliyyətinə tam malik ola bilməsə də, o, in­san­la­rın nə­zər­lə­ri­ni ya­yın­dır­maq, unut­qan­lıq ver­mək, diq­qət­lə­ri­ni top­la­ma­ğa im­kan ver­mə­mək ki­mi zə­rər­lər ver­mə­yə ça­lı­şır. Şüb­hə­siz ki, şey­ta­nın tə­si­ri ilə hə­rə­kət edən in­san­lar öz söz­lə­ri, da­nı­şıq­la­rı, dav­ra­nış və hə­rə­kət­lə­ri ilə mö­min­lə­ri na­ra­hat edir­lər. Bu­nun ki­mi şey­tan da özü­nün gö­rün­məz­li­yi ilə bu cür na­ra­hat­lıq ver­mə­yə ça­lı­şır. Bununla da şeytan möminlərin dü­şün­cə­lə­rini məş­ğul edib diq­qət­lə­rini ya­yın­dı­rmaqla onların xe­yir­li əməl­lə­ri­nə ma­ne ol­maq is­tə­yir.

Şey­ta­nın bəhs et­di­yi­miz bu üsul­la çat­maq is­tə­di­yi məq­səd­lər­dən bi­ri də mö­min­lə­rin Al­la­h´ın söz­ü olan Quranı oxu­yub dərk et­mə­lə­ri­nin və on­dan gö­zəl şə­kil­də is­ti­fa­də et­mə­lə­ri­nin qar­şı­sı­nı al­maq­dır. Çün­ki mö­min­lər Quran va­si­tə­si­lə ən doğ­ru yo­lu ta­pır. Şey­ta­nın ye­ga­nə məq­sə­di isə mö­min­lə­ri doğ­ru yol­dan az­dır­maq­dır. Bu­na gö­rə də, şeytan on­la­rın Quranı dərk et­mə­mə­lə­ri­ni, səhv an­la­ma­la­rı­nı, hət­ta müm­kün ol­du­ğu qə­dər Quran­dan uzaq­laş­ma­la­rı­nı ar­zu­la­yır.

Al­lah şey­ta­nın bu hə­rə­kə­ti­nin mü­qa­bi­lin­də mö­mi­nin Ona sı­ğın­ma­sı­nın va­cib ol­du­ğu­nu bil­dir­miş və bu­nu bir hökm ki­mi mö­min­lə­rə fərz qıl­mış­dır:

«Quran oxu­maq is­tə­di­yin za­man qovulmuş şey­tan­dan Al­la­h´a sı­ğın!» (Nəhl su­rə­si, 98)


Al­lah Ona ina­nıb gü­və­nə­rək be­lə dav­ra­nan in­san­la­ra şey­ta­nın heç bir zə­rər ve­rə bil­mə­yə­cə­yi­ni son­ra­kı ayə­də aşağıdakı kimi bil­di­rir:

«Hə­qi­qə­tən, iman gə­ti­rib yal­nız öz Rəb­bi­nə tə­vək­kül edən­lə­rin üzə­rin­də şey­ta­nın heç bir hök­mü yox­dur!» (Nəhl su­rə­si, 99)