DİGƏR varlıqlar

Şeytanın gücü yalnız dəvət etməyə çatar


Şeytanın gücü yalnız dəvət etməyə çatar

Şeytanın insanı nəyəsə məcbur etmək gücü yoxdur. O, ancaq insanları öz yanlış yoluna dəvət edir. Bu dəvətə uyan insan öz iradəsi ilə hərəkət edir. Yəni insan bir vic­dan­sız iş tutduqda bunun məsuliyyətini şeytanın üzərinə ata bilməz. Əsl qınanmalı olan məsələ isə insanın şeytana uyan nəfsidir. Şeytan bu həqiqəti axirətdə onu günahlandıran kafirlərə belə bildirəcək:

“Əslində,mənim sizin üzərinizdə heçbir hakimiyyətim yox idi. Lakin mən sizi (günah işləməyə, Allaha asi olmağa çağırdım), siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə sizin məni Allaha şərik qoşmanızı da inkar etmişdim”. Həqiqətən zalimləri şiddətli əzab gözləyir” (“İbrahim”, 14/22).