DİGƏR varlıqlar

Yalan vədlər verir


Yalan vədlər verir

Şeytan insanları azdırmaq üçün saxtakarlıq fəndindən istifadə edir. Qarşısındakına yalan vədlər verir. Münafiq və müşriklər bu vədlərə inanırlar. Bu, sadə aldanma deyil. İnsan sonsuz axirətini bu boş vədlər nəticəsində itirir. Bu vədlərin əsas xüsusiyyətləri fani dünya həyatına bağlı olmasıdır. Şeytan kiminə əyləncə, eyş-işrət, ticarət, pul, mülk, kiminə da daha gözəl və uzun bir həyat, mövqe, şan-şöhrət vəd edir. Zahirən gözəl, daxilən "çirkin sözlər " təlqin edir (Ənam surəsi, 112). Ancaq səbəb hər nə olursa-olsun, şeytana inananlar üçün nəticə eynidir: sonsuz əzab və cəhənnəm. Bu gerçək Quranda belə bildirilmişdir:

Şeytan müşriklərə vədlər verir, ürəklərində arzular oyadır. Lakin şeytan onlara yalnız yalan vədlər verir. (Nisa surəsi,120)

İş bitdikdə şeytan deyəcək: "Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin (vədimə) xilaf çıxdım... (İbrahim surəsi, 22)

Allah`ın razılığını, rəhmətini və cənnətini qazanmağı hədəf seçən mömin keçici dünya həyatına aid olan vədləri, əlbəttə ki, qəbul etməz. Yer üzündə olan hər hansı yüksək məqam, qazanacağı hər hansı mülk və nemətlər, şübhəsiz ki, qısa müddət davam edəcək, sonra ölümlə bərabər yox olub gedəcək. Axirət nemətləri isə əbədidir.