İnsan ruhu

Ağıl sahibi olmaq ruh gözəlliyi qazandırır


Ağıl sahibi olmaq ruh gözəlliyi qazandırır

İnsan ruhu gözəllikdən zövq alacaq şəkildə yaradılmışdır. Hər zaman ən qüsursuz olanı və mükəmməli axtarır. Ən kiçik xüsusiyyət belə gözündən qaçmır, diqqətini çəkir. Ancaq insan həsrətini çəkdiyi qüsursuz fiziki gözəlliyi dünyada heç vaxt tapa bilmir. Bu gözəlliyə ancaq cənnətdə sahib olacaq. Cənnətdəki sonsuz və qüsursuz həyata və nemətlərə də bu dünyada qazandığı ruh gözəlliyi ilə qovuşacaq. Ruh gözəlliyi isə yalnız Quran əxlaqını yaşamaq ilə qazanılır. Uca Allah`a iman gətirən, hər şeyin qarşılığını Ondan gözləyən və uca Allah`ın sərhədlərini qoruyaraq Quran əxlaqını yaşayanlar ruh gözəlliyinə, ləyaqət və izzətə sahib olurlar. Belə bir insan şərtlərə və şəxslərə görə dəyişməyən, mənfəət güdməyən, həssas, təvazökar, şərəfli və kübar ruh halına sahib olur. Uca Allah Quranda əsl əxlaq gözəlliyinə, bundan dolayı da ruh gözəlliyinə sahib olan qullarının sonsuz həyatlarını yaşayacaqları yerin cənnət olduğunu belə bildirmişdir:

"Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə, həqiqətən, Cənnət onun məskəni olacaq." (“Naziat” surəsi, 40-41)

Ruh gözəlliyi necə qazanılır?

Ağıl sahibi olmaq ruh gözəlliyi qazandırır

Hirs və eqoist ehtiraslar insanın qəlbini qaraltdığı kimi ağlının da qapanmasına səbəb olur. Qısqanclıq, maddi dəyərlərə qarşı duyulan istək, yoxsulluq, sahib olduqlarını itirmək, xəstələnmək kimi gələcək ilə bağlı qorxular insanın ağlını örtür. Əgər insan bu hisslərin əsiri olarsa, əsas ağlını işlətməli olduğu mövzuları (nə üçün yaradıldığını, uca Allah`a necə qulluq etməli olduğunu) unudar. Buna görə də ruh gözəlliyinin ən vacib şərtlərindən biri ağılın açıq və aydın olmasıdır.

İnsan ağlının inkişafı qəlbinin “Allah`ın zikri” ilə dolmasına bağlıdır. Uca Allah`ın böyüklüyü, yaratmasının möhtəşəmliyi və nemətləri üzərində düşünən, Onu ucaldıb, təsbih edən və Ona ibadət edən bir insan uca Allah`ı tanıyıb ona itaət etdikcə, dünyəvi həvəslərindən, qorxularından, eqoist istəklərindən ayrılır və ruhunu təmizləyərək əsl ruh gözəlliyinə qovuşur.

Ruh gözəlliyini hədəfləyən ağıl sahibi insanlar nəsihət ala bilən və başqalarından gələn doğruları rahatlıqla qəbul edə bilən, təmizlənməyi qəlbən istəyən insanlardır. Allah onların bu əxlaqını "O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar...” (“Zumər” surəsi, 18) ayəsi ilə xəbər verir.

Nəfsi fücurundan təmizləmək ruh gözəlliyi qazandırır

Uca Allah insanı yaradarkən nəfsini yaratmış və ona "fücur" (sərhəd tanımaz günah və pisliyini) ilham etmişdir. Bu mövzunu Allah Quranda belə bildirmişdir:

"And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və Allah’dan qorxmağı təlqin edənə!” (“Şəms” surəsi, 7-8)

İnsanın ayələrdə bildirilən pisliklərdən təmizlənməsinin yolu isə bu pisliyin varlığını qəbul etməsi və Rəbbimizin göstərdiyi şəkildə ondan çəkinməsidir.

Mömin Quran əxlaqındakı məlumat və tərbiyə nəticəsində nəfsində pis niyyətin olduğunu və ondan qorunmalı olduğunu öyrənir və bunu qəbul edir. Ancaq uca Allah`ın varlığının, birliyinin şüurunda olduqları və Rəbbimizin hökmlərinə qarşı gəlməkdən çəkindikləri üçün də nəfslərindəki fücuru (inkara, günaha və üsyana girişmək, fasiq olmaq, yalan danışmaq, qarşı çıxmaq, haqdan üz çevirmək, nizamı pozmaq, əxlaqi çöküntü və b.) gizləmir, açıq şəkildə vicdanını dinləyərək bunları təmizləyir və uca Allah`ın ilham etdiyi şəkildə ondan çəkinir. Şübhəsiz ki, bu olduqca əhəmiyyətli bir xüsusiyyətdir. Çünki fücurundan qorunduğu üçün ruhunda yaşadığı bu gözəlliyi maddi və mənəvi olaraq həyatının hər anında yaşayır və beləcə əxlaqında yaranan təmizliyi ətrafa əks etdirir.

Vicdanın səsini dinləmək ruh gözəlliyi qazandırır

Uca Allah “Səcdə” surəsində insana Öz ruhundan “üflədiyini” belə xəbər verir.

"Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir...” (“Səcdə” surəsi, 7-9)

Buna görə də möminin sahib olduğu bütün gözəl xüsusiyyətlər əslində uca Allah`ın ona “üfürdüyü” ruhda mövcuddur. Bu səbəbdən insanın içində onu daima doğruya çağıran yanılmaz bir kompas var. Bu kompas insanı doğruya yönəldən vicdandır. İnsan daimi olaraq bu səsi dinlədiyi və Quranda bildirilən hökmləri tam qavradığı təqdirdə daima doğru yolda irəliləyəcək və uca Allah`ın ona bəxş etdiyi ruhu gözəlliyə qovuşduracaq.

Ruh gözəlliyi möminlərin xarici görünüşlərində əks olunur

Ruh gözəlliyinin ən əhəmiyyətli xüsusiyyətlərindən biri bu gözəlliyə sahib olan insanın xarici görünüşündə əks olunmasıdır. Şübhəsiz ki, xarici görünüşdə nəzərdə tutulan Allah`ın ruh gözəlliyinə sahib olan qullarına nəsib etdiyi nurdur. Bu nur eyni zamanda hər görüşdə xüsusi təsir yaradan və həmin insana qarşı güvən hissinin yaranmasına vəsilə olan bir rəhmətdir. Səmimi və təvazökar mömin Allah`a təvəkkül etmənin, fitrətinə uyğun olan Quran əxlaqını yaşamağın meydana gətirdiyi rahatlıq, hüzur və imanın təsiri ilə gözə çox heybətli görünür. Şübhəsiz, Peyğəmbərimiz (s.ə.v) səmimi imanın qazandırdığı ruh gözəlliyinin fiziki görünüşdə meydana gətirdiyi heybətə görə ən gözəl nümunədir. Sevgili peyğəmbərimizin (s.ə.s) görənlərdə heyranlıq yaradan xarici görünüşü bir hədisdə belə bildirilir.

Hz. Həsən (r.ə) nəql edir:

“Rəsulullah (s.ə.v) yaradılışdan heybətli və möhtəşəm idi. Mübarək üzü bədirlənmiş ayın parlaqlığı kimi nur saçardı. Orta boyludan uzun, incə (arıq) hündürdən isə qısa idi. Saçları qıvırcıq ilə düz arası idi. Əgər saçları iki yerə ayrılmışdısa başının iki yanından sallayar, əgər elə deyildisə ayırmazdı. Əgər uzadardısa saçları qulaqlarını keçərdi. Peyğəmbərimizin (s.ə.v) rəngi əzhər'ul-ləvn (çox ağ və parlaq rəng), yəni nurani ağ idi. Alnı açıq idi. Qaşları hilal kimi, gur və bir-birinə yaxın idi. Boynu saf mərmərdən hazırlanmış heykəllərin boynu kimi gümüş parlaqlığında idi. Bədəninin bütün əzaları bir-biri ilə mütənasib olub yaraşıqlı görünüşə malik idi…” (Et-Tirmizi İmam Ebu İ'sa Muhammed, Şemail-i Şerife, 2-ci cild, Hilal Yayınları, Ankara, 1976, s. 18-22-23)

Möminlər ruh gözəlliyinin gətirdiyi Cənnəti xatırladan həyatı hələ dünyada ikən yaşamağa başlayırlar

Möminlər Quran əxlaqının qazandırdığı ruh gözəlliyi ilə dünyəvi istəklərin, hirslərin arxasınca qaçan, öz istək və həvəslərinə qapılaraq çox böyük bir neməti əldən verən inkarçılardan fərqli olaraq rahat, xoşbəxt, güvən hissi ilə dolu bir mühit içində dostca, qardaşca, məmnuniyyət halında yaşayırlar. Səbirli, ağıllı, düzgün, bağışlayan, şəfqətli, sevgi dolu, gözəl əxlaqlı olmağın meydana gətirdiyi dərin imani zövq ilə dünyada da cənnəti xatırladan bir mühit yarada bilmək üçün ciddi səylə çalışırlar. Olduqları məkanlarda digər mömin qardaşlarının gözəl əxlaqlarına da şahid olub bu yolla həm hər an Allah`ı anırlar, həm də cənnətə olan həsrətləri daha da artır. Çünki bu razılıq və gözəlliklər cənnətdə Allah`ın icazəsi ilə sonsuza qədər artaraq davam edəcək.