Allahın İSİMLƏRİ

MÖVLA ( Dost, möminlərin dostu olan, onlara xeyir yolları açan və onları işlərində müvəffəq edən)


MÖVLA ( Dost, möminlərin dostu olan, onlara xeyir yolları açan və onları işlərində müvəffəq edən)

 Xeyr, sizin mövlanız Allah’dır. O, kömək edənlərin ən xeyirlisidir. (Ali-İmran surəsi, 150)

Mömin hər kəsin və hər şeyin yaradılışının Allah’a borclu olduğunu bilir. Özü də daxil olmaqla, bütün varlıqları Allah yaradır və dilədiyi anda yox edib ortadan qaldıra bilər. Çünki hər şeyin gerçək sahibi Allah’dır. Buna görə də möminin yeganə dostu Allah’dır. Onu vəkil etdiyi üçün həyatı boyu hər cür çətinlik və kədərdən də uzaqdır. Hər şeydən əvvəl Rəbbimizin -ən böyük dostunun- köməyi və dəstəyi onunladır. Allah da vəlisi olduğu qulunun üzərinə əminlik (Tövbə surəsi, 26) endirmişdir.

Möminin bu dincliyi hər namazda, hər saleh əməldə, Allah rizası üçün etdiyi kiçik-böyük hər işdə Rəbbimizin özünü gördüyünü və bunların qarşılığını qat-qat verəcəyini bilməsindən qaynaqlanır. Yenə Allah’ın özünü görünməyən ordularla və mələklərlə dəstəklədiyini, qarşısından və arxasından izləyənləri olduğunu və bunların Allah’ın əmri ilə onu qoruduğunu (Rəd surəsi, 11) Onun yolunda aparılan mübarizədə qalib gələnlərin, cənnətlə müjdələnənlərin həmişə möminlər olduğunu bilir. İman edən insan mövlamız olan Allah’ın heç kimi gücü çatdığından çox yükləməyəcəyini də bilir. Qədərə və hər işi idarə edənin Allah olduğuna dəqiq iman edir və beləliklə də yalnız Allah’a təvəkkül edir. Möminlərin yaşadıqları bu ruhi hala Quranda bu ifadə ilə diqqət çəkilmişdir:

 De: “Allah’ın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O, bizim Mövlamızdır. Qoy, möminlər Allah’a təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)

Şübhəsiz, Allah’ın dostluğu insanların dostluğuna bənzəməz. O, kimi dost etmişsə, həmin adamı dünyada və axirətdə ən üstün nemətə qovuşdurmuşdur. Hər şeyi yaradan Rəbbimizin yaratdığını Özünə dost etməsi isə çox böyük lütfdür. Ayələrdə belə buyurulur:

 Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl, həm də bu (kitabda) sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allah’a möhkəm sarılın. O, sizin Mövlanızdır. O, nə gözəl Mövla, nə gözəl yardımçıdır! (Həcc surəsi, 78)

 “... Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Mövlamızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!” (Bəqərə surəsi, 286)

 Sonra onlar Allah’a – özlərinin həqiqi himayədarına qaytarılacaqlar. Hökm yalnız Ona məxsusdur və O, ən tez haqq-hesab çəkəndir. (Ənam surəsi, 62)

 Əgər onlar üz döndərsələr, bilin ki, Allah sizin Mövlanızdır. O, nə gözəl Mövla, nə gözəl yardımçıdır! (Ənfal surəsi, 40)