İman HƏQİQƏTLƏRİ

Tırtıllar dörd mərhələdən sonra kəpənəyə çevrilirlər


Tırtıllar dörd mərhələdən sonra kəpənəyə çevrilirlər


Kəpənəklər qanadsız doğulur. Son hallarına çatana qədər dörd mərhələdən keçirlər. Bəziləri 24 saat, bəziləri də 1-2 aya qədər yaşayan kəpənəklər yumurtadan kiçik sürfələr halında çıxırlar. Sürfə böyüdükdə kiçik sevimli tırtıl olur və  kəpənəyin inkişafının ikinci mərhələsi başlayır. Tırtılın bədənində 14-15 ədəd buğumlar olur. Başında kiçik gözlərə, ağzında isə bizim dişlərimiz kimi çeynəməyə və əzməyə yarıyan çənəyə sahibdir. Gövdəsinin ön qismindən qarnına qədər olan hissədə 8 ayağı var. Kəpənəyin tırtıl mərhələsində qanadları olmur və bığcıqları çox qısa olur. Tüpürcək vəzləri isə bir növ (bir çeşit) ipək ifraz edir. Digər canlılar kimi tırtılın boyu böyüdükcə uzanmır. O böyümə ərəfəsində dərisinə sığmayacaq qədər kökəlir. Tırtıl dərisini yavaş-yavaş yırtaraq üzərindən atır. Həmin dərinin yerinə iri bədəninə uyğun yeni dəri çıxarır.


Tırtıl həşərat yeyən quşlar üçün çox ləzzətli canlıdır. Tırtılların özlərini qorumaq üçün müxtəlif gizlənmə üsulları var. Bəziləri dimdik arxa ayaqları üstə duraraq budağı təqlid edir, bəziləri öz rənginə uyğun yarpağın üstünə çıxıb kamuflyaj olur, bəziləri də ölü təqdlidi edirlər. Bu gizlənmə üsulları tırtılın yaşaması və bir müddət sonra kəpənəyə çevrilməsi üçün çox mühümdür.
Tırtıl bu kamuflyaj üsullarından kəpənək olduqdan sonra da istifadə edir. Məsələn, bəzi kəpənəklər özlərinə uyğun rəngdə olan yerlərdə yaşayırlar. Beləliklə, rahatlıqla gizlənirlər.


Üstün müdafiə sistemləri ilə inkişafına davam edən tırtıl üçüncü mərhələyə keçir. Tırtıl bu mərhələyə keçəcəyi müddətdə həddindən artıq yarpaq yeyir və özünü bir torbanın içinə həbs edir. Burada dəyişməyə başlayır.


Bu mərhələdə canlının ətrafında əmələ gələn bərk qabıq “pup” adlanır. Qabığın içində ikən canlı hərəkətsiz olur və qidalanmır. Tırtıl içində olduğu müddətdə ancaq yediyi yarpaqlardan aldığı enerjidən istifadə edir. Təxminən 10 gündən sonra kəpənək bir neçə dəqiqə ərzində pupu yırtaraq qabıqdan çıxır.


Pupdan çıxan kəpənəyin qanadları hələ normal ölçüdə olmur. Dördüncü mərhələdə qanadlarını gərmək üçün qanadlarının üzərindəki damarları bədən mayesi ilə şişirdir. Qanadlarını qurutduğunda isə kimsədən bir şey öyrənmədən dərhal uçmağa başlayır.
Allahın Qoruyan, Bağışlayan, Mərhəmət edən isimlərini hər yerdə və hər şeydə görürük. Allah yaratdığı hər canlıya onları təhlükədən qoruyacaq xüsusiyyətlər verib. Kəpənəyin özünü və yumurtasını qorumaq üçün düşünməyə ağılı yoxdur. Bu asanlığı ona verən göyləri, yeri və bunların arasındakı hər şeyi yaradan Rəbbimizdir. Bəzi insanlar bu canlıları görsə də, Allahı düşünüb zikr etmir və sanki onlar təsadüfən yaranıbmış kimi davranaraq nankorluq edirlər (Allahı tənzih edirik). Möminlər isə Allahın yaratdığı canlılarda özləri üçün ibrətlər olduğunu bilirlər. Allah bunu bir ayədə belə bildirir:


“Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır...” (Nəhl surəsi, 66)