İman HƏQİQƏTLƏRİ

Akasiya qarışqaları


Akasiya qarışqaları

Günəş ağacların arasından görünən kimi sarmaşıqlar Kosta-Rikanın yağışlı meşələrində dərhal hərəkətə keçirlər. Daha sonra isə bütün ağacların yarpaq və budaqlarına dolanaraq onların üzərinə düşən günəş işığının qarşısını alırlar. Yalnız akasiya ağacından başqa...


Akasiya ağacı digər ağaclarda olmayan xüsusi qoruma sisteminə sahibdir. Onun üzərində yaşayan akasiya qarışqaları canları bahasına da olsa, onu qoruyurlar.


Sarmaşığın ağaca düşən günəş işığının qarşısını kəsdiyini görən qarışqalar dərhal müdaxilə edərək hamısı birlikdə sarmaşığın dolanmağa başladığı budağı və ya yarpağı kəsib atırlar. Ağacı sarmaşıqlardan qorumaqla kifayətlənməyən qarışqalar, eyni zamanda, onun ləzzətli yarpaqlarının dadına baxmaq istəyən çəyirtkələri də dişləyərək ağacdan uzaqlaşdırırlar.


Akasiya ağacı isə onun üçün edilən bu fədakarlığın əvəzində qarışqaları mükəmməl qida ilə təmin edir. Ağacın həm nektarı, həm də narıncı rəngli tumurcuqları akasiya qarışqaları üçün çox faydalı qidadır. Bu tumurcuqların tərkibində sürfələrin böyüməsi üçün lazım olan bütün vitaminlər var.


Akasiya ağacı qarışqaları təkcə qida ilə deyil, qalacaqları yerlə də təmin edir. Ağacın tikanlarını oyaraq özlərinə yuva düzəldən qarışqalar digər canlıların hücumundan qorunur, təhlükəsiz və qidaya rahat çata biləcəkləri şəkildə yaşayırlar.
Qarışqalarla akasiya ağacları arasındakı müştərək həyat tərzi təkamül nəzəriyyəsinə ağır zərbə vuran dəlillərdən biridir. Bir canlının canı bahasına bitkini qoruması və bu həşərat tərəfindən bitkiyə zərər dəyməməsi çox böyük möcüzədir.


Hər iki canlının bir-birinə qarşı göstərdiyi bu fədakar davranışlar, təkamülçülərin iddialarının əksinə, təbiətdə mübarizə meydanının deyil, uca Allahın yaratdığı ahəngdarlığın və nizamın olduğunu göstərir.


Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha həmd olsun! Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir. (Casiyə surəsi, 36-37)