İman HƏQİQƏTLƏRİ

Bitkilərin əlaqə sistemləri yeni texnoloji kəşfə ilham mənbəyi olmuşdur: bombaları və partlayıcı maddələri hiss edən bitkilər


Bitkilərin əlaqə sistemləri yeni texnoloji kəşfə ilham mənbəyi olmuşdur: bombaları və partlayıcı maddələri hiss edən bitkilər


Amerikalı tədqiqatçılar hesab edirlər ki, müxtəlif duyğu mexanizmlərinə sahib olan bitkilər bombaların yerini əvvəlcədən xəbər verə bilər. Bu duyğu mexanizmlərinin itlərdəki yüksək qoxu alma duyğusundan daha üstün olması təkamülçülərin ibtidaidən aliyə doğru inkişaf fərziyyələrini təkzib edir və Allahın sonsuz ağlının təcəllisi olduğunu göz önünə sərir.


Allah bitkilərdə xüsusi sistemlər yaratmışdır. Bu sistemlər sayəsində də özlərini qorumaq, ya da gizləmək üçün ətraf mühiti hiss edə və reaksiya verə bilirlər. Bitkinin zülalları müəyyən kimyəvi maddələrlə təmasa keçdikdə rəngini dəyişir. Alimlər də canlının bu üstün xüsusiyyətindən aeroportda və ya insanların sıx olduğu məkanlarda partlayıcı maddələrin əvvəlcədən müəyyən edilməsi üçün istifadə etməyi nəzərdə tuturlar. Binaların girişində yerləşdirilməsi planlaşdırılan bitkilərin rəng dəyişməsi onların yaradılışında mövcud olan yüksək xüsusiyyətin ortaya çıxması sayəsində baş verir.


Bitkinin DNT-sindəki qəbuledici zülallar düşməninə qarşı reaksiya verərkən yarpağın üst pərdəsinin rəngini tündləşdirən terpenoid adlı kimyəvi maddə ifraz edir. Tədqiqatçılar bitkinin təbii müdafiə mexanizmini istiqamətləndirən kompüter proqramı hazırlayaraq bitkinin reseptorlarına hava və sudakı çirkləndiricilər kimi, partlayıcılara da qarşı reaksiya verməyi öyrətmişlər. Beləcə, yenidən hazırlanan reseptorlar bitkilərə uyğunlaşdırılmış, havadakı və ya yaxınlıqdakı zərərli maddələri tanıyan hüceyrə divarının partlayıcı maddələri də tanıması təmin edilmişdir. Nəticədə də bitkinin rəngi partlayıcı maddə olan yerdə dəyişərək ağ rəngdə olmuşdur.