İnkar edənlər

Allah qəlblərində xəstəlik olanları bizə Quranda tanıdır


Allah qəlblərində xəstəlik olanları bizə Quranda tanıdır

Onlar zənn edirlər ki, möminlər yanlış yoldadır

 

O zaman münafiqlər və qəlbində xəstəlik olanlar dedilər: “Bunları öz dinləri aldatdı!” Kim Allah`a təvəkkül etsə, (bilsin ki,) Allah Qüdrətlidir, Müdrikdir!” (Ənfal surəsi, 49)

Onlara: “(Bu) insanlar iman gətirdiyi kimi siz də iman gətirin!”– deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?”– deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin (bunu) bilmirlər. (Bəqərə surəsi, 13)

 

Peyğəmbərə və müsəlmanlara “öyüd” verməyə çalışırlar (“bilmiş” üslubunda)

 

Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər. Sözsüz ki, onlar fəsad törədəndirlər, amma (bunu) başa düşmürlər.(Bəqərə surəsi, 11-12)

Bir zaman Musa öz xalqına dedi: “Allah sizə bir inək kəsmənizi əmr edir!” Onlar: “Sən bizi ələ salırsan?”– dedilər. (Musa): “Cahil olmaqdan Allah`a sığınıram!”– dedi. (Bəqərə surəsi, 67)

Doğrusu, əsl din ancaq Allah`a məxsusdur. Allah`ı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allah`a daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.) Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir.Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz." (Zümər surəsi, 3)      

Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!”– deməyin, çünki Allah`a qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allah`a qarşı yalan uyduranlar nicat tapmazlar. (Nəhl surəsi, 116)

(Döyüşə getməyib) arxada qalanlar Allah`ın Elçisinin əleyhinə çıxaraq (evdə) qalmalarına sevindilər. Onlar Allah yolunda öz malları və canları ilə cəhd etmək istəmədilər və: “Bu istidə döyüşə çıxmayın!”– dedilər. De: “Cəhənnəm odu bundan da hərarətlidir!” Kaş anlayaydılar. (Tövbə surəsi, 81)

 

İmanları şübhə içindədir

 

İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allah`a və Axirət gününə inanırıq”– deyirlər. Onlar Allah`ı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və (bunu) anlamırlar. (Bəqərə surəsi, 8-9)

Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Həqiqətən, O, hər şeyi əhatə edir. (Füssilət surəsi, 54)

Ey iman gətirənlər! Sizə nə olub ki, “Allah yolunda döyüşə çıxın!”– deyildikdə yerinizdə qaxılıb qalırsınız? Olmaya, axirətdən daha çox dünya həyatından razısınız? Halbuki dünya həyatının keçici zövqü axirətlə müqayisədə çox dəyərsiz bir şeydir. (Tövbə surəsi, 38)

 

Şeytanın təsiri altına asanlıqla düşürlər

 

Şeytan onlara hakim olmuş və Allah`ı zikr etməyi onlara unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər (Şeytana uyanlardır). Bilin ki, Şeytanın firqəsi – məhz onlar ziyana uğrayanlardır!(Mücadilə surəsi, 19)

Kim Mərhəmətli (Allah`ın) zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar. Şübhəsiz ki, şeytanlar onları haqq yoldan sapdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər. (Züxruf surəsi, 36-37)

 

Qorxaqdırlar

Onlar sizinlə həmrəy olduqlarına and içirlər. Halbuki onlar sizdən deyildirlər. Əslində, onlar qorxaq adamlardır. (Tövbə surəsi, 56)

O zaman onlardan bir tayfa: “Ey Yəsrib (Mədinə) əhli. (Burada) sizin üçün duracaq bir yer yoxdur, (evinizə) qayıdın!” – demişdi. Başqa bir dəstə isə: “Evlərimiz açıqdır (kimsəsizdir)” – deyə (geri qayıtmaq üçün) Peyğəmbərdən icazə istəyirdi. Həqiqətdə evləri açıq (kimsəsiz) deyildi. Onlar ancaq (döyüşdən) qaçmaq istəyirdilər.(Əhzab surəsi, 13)

 

Dinə qarşı etinasız və şövqsüzdürlər

 

Onlardan (nə üçün istehza etdiklərini) soruşsan, deyərlər: “Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!” De: “Allah`a, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz? Üzrxahlıq etməyin! İman gətirdikdən sonra artıq kafir oldunuz”. Sizlərdən bir qismini bağışlasaq da, digərlərinə günahkar olduqlarına görə əzab verərik. (Tövbə surəsi, 65-66)

... Onlara: “Gəlin Allah yolunda vuruşun, yaxud müdafiədə durun! (Düşmənin hücumunu dəf edin!) – deyildi. Onlar: “Əgər biz vuruşa bilsəydik, sizin ardınızca gələrdik” – deyə cavab verdilər. Onlar o gün imandan çox küfrə yaxınlaşmışdılar, ürəklərində olmayan şeyi dillərilə deyirlər. Halbuki, Allah onların (bütün) gizlətdiklərini çox yaxşı bilir! (Ali-İmran surəsi, 167)

Əgər onlar (döyüşə) çıxmaq istəsəydilər, mütləq ona hazırlıq görərdilər. Lakin Allah onların döyüşə getməsini istəmədi və onları saxladı. Onlara: “(Evdə) oturanlarla bərabər, siz də oturun!”– deyildi. (Tövbə surəsi, 46)

Yol, ancaq o kəslər əleyhinədir ki, varlı olduqları halda (döyüşə getməmək üçün) səndən icazə istəyərlər və bunlar geridə qalanlarla birlikdə olmağı seçərlər...(Tövbə surəsi, 93)

 

Tez ümidsizliyə düşürlər

 

İnsana bir nemət verdiyimiz zaman (Bizdən) üz çevirib uzaq gəzər. Ona bir pislik üz verdikdə isə məyus olar! (İsra surəsi, 83)

İnsanlara mərhəmət göstərdikdə ona sevinərlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara bir bəla üz verdikdə isə dərhal ümidlərini üzərlər. (Rum surəsi, 36)

 

Kədərlənməyə meyillidirlər

 

İnsan özünə xeyir diləməkdən usanmaz. Lakin ona bir pislik dəysə, məyus olub ümidini itirər. (Füssilət surəsi, 49)

Məgər Mənim ayələrim sizə oxunmurdumu, siz də onları yalan hesab etmirdinizmi? Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq. (Muminun surəsi, 105-106)

(Allah`dan) qorxanlar öyüd-nəsihət götürərlər. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar. (Əla surəsi, 10-11)

 

Haqsızlığa məruz qaldıqlarını düşünməyə meyillidirlər

 

Onlardan elələri də var ki, sədəqələrlə bağlı sənə nöqsan tuturlar. Bundan onlara bir şey çatsa, razı qalar, bir şey çatmasa, dərhal qəzəblənərlər. (Tövbə surəsi, 58)

Onların qəlbində xəstəlikmi var? Yoxsa onlar şübhəyəmi düşüblər? Ya da Allah`ın və Onun Elçisinin onlara haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, məhz onlar zalımdırlar. (Nur surəsi, 50)

 

Şirk içindədirlər, insanlardan çəkinirlər

 

Məgər sən, özlərinə: “(Müharibədən) əl çəkin, namaz qılın və zəkat verin!”– deyilən kəsləri görmədinmi? Onlara vuruşmaq vacib edildikdə, içərilərindən bir dəstəsi Allah`dan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular və: “Ey Rəbbimiz! Vuruşmağı nə üçün bizə vacib etdin? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!”– dedilər. De: “Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə axirət daha xeyirlidir. Sizə xurma çərdəyindəki tel qədər belə haqsızlıq edilməz”. (Nisa surəsi, 77)

Doğrusu, onlar ürəklərində Allah`dan çox sizdən qorxurlar. Çünki onlar anlamayan adamlardır. (Həşr surəsi, 13)

Onların çoxu ancaq şərik qoşaraq Allah`a iman gətirir. (Yusif surəsi, 106)

 

Fitnə məqsədilə söhbət edərlər

 

Bir surə nazil edildiyi zaman onlardan (istehza ilə): “Bu, hansınızın imanını artırdı?”– deyənlər də var. İman gətirənlərə gəldikdə isə, (o surə) onların imanını artırır və onlar bir-birlərini müjdələyirlər. (Tövbə surəsi, 124)

O zaman onlardan bir tayfa: “Ey Yəsrib (Mədinə) əhli. (Burada) sizin üçün duracaq bir yer yoxdur, (evinizə) qayıdın!” – demişdi. Başqa bir dəstə isə: “Evlərimiz açıqdır (kimsəsizdir)” – deyə (geri qayıtmaq üçün) Peyğəmbərdən izin istəyirdi. Həqiqətdə evləri açıq (kimsəsiz) deyildi. Onlar ancaq (döyüşdən) qaçmaq istəyirdilər. (Əhzab surəsi, 13)

Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə Kitabı oxuyarkən dillərini əyib bükürlər.Halbuki bu, Kitabdan deyildir. Onlar: “Bu, Allah Qatındandır!”– deyirlər. Halbuki o, Allah Qatından deyildir.Onlar bilə-bilə Allah`a qarşı yalan danışırlar. (Ali-İmran surəsi, 78)

Vəsvəsə verənin, (Allah`ın adı çəkiləndə isə hövlündən) geri çəkilən (şeytanın) şərindən. (O şeytan) ki, insanların ürəklərinə vəsvəsə salır. (Nas surəsi, 4-5)

 

İnkar edənlərə möminlərin əleyhində söz aparıb-gətirərlər

 

Əgər onlar sizinlə birgə (döyüşə) çıxsaydılar, ancaq işinizdə qarışıqlığı artırar və sizi fitnəyə məruz qoymaq üçün tez aranıza girərdilər. İçinizdə onlara qulaq asanlar da var. Allah zalımları tanıyır. (Tövbə surəsi, 47)

 

Sözlərinə sadiq deyildirlər, vəfasızdırlar

 

O kəslər ki, Allah ilə əhd-peyman bağladıqdan sonra onu pozur, Allah`ın qovuşdurulmasını əmr etdiyi şeyləri kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Məhz onlar ziyana uğrayanlardır! (Bəqərə surəsi, 27)

Əgər (Mədinənin) hər tərəfindən üstlərinə hücum edilsəydi, sonra da onlardan fitnə törətmək (imandan dönmək) tələb olunsaydı, onu mütləq edər və cüzi şey istisna olmaqla bunda ləngiməzdilər. (Əhzab surəsi, 14)

 

Möminlərin arasında yalan xəbər yaymağa çalışarlar

 

Şübhəsiz ki, (Aişə barəsində) yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu, sizin üçün xeyirlidir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir. (Nur surəsi, 11)

 

Möminlərin çətinliyə düşmələrini istəyərlər

 

Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allah`dan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir. (Ali-İmran surəsi, 120)

Sənə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sənə bir müsibət üz versə: “Biz ehtiyyat tədbirimizi əvvəlcədən görmüşük!”– deyər və sevinə-sevinə çıxıb gedərlər. (Tövbə surəsi, 50)

... Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər... (Ali-İmran surəsi, 118)

 

Yalandan and içirlər

 

Məgər sən, Allahın qəzəbləndiyi adamlarla dostluq edənləri görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər. (Mücadilə surəsi, 14)

 

Allah`ın razılığını deyil, insanların razılığını qazanmaq istəyirlər

 

Qarşınızda and içəcəklər ki, onlardan razı qalasınız. Siz onlardan razı olsanız da, Allah fasiq camaatdan razı qalmaz. (Tövbə surəsi, 96)

Sizi razı salmaq üçün yanınızda Allah`a and içirlər. Əgər mömindirlərsə, (bilsinlər ki,) Allah`ı və Onun Elçisini razı salmaları daha yaxşıdır. (Tövbə surəsi, 62)

Və o kəsləri ki, öz mallarını insanlara göstərmək məqsədilə xərcləyir, Allah`a və Axirət gününə inanmırlar. Kimin yoldaşı şeytandırsa, necə də pis yoldaşdır o! (Nisa surəsi, 28)

Onlar (öz günahlarını) insanlardan gizlədir, Allah`dan isə gizlətmirlər (Ondan çəkinmirlər). Halbuki onlar (Allah`ın) razı qalmadığı sözləri gecələr xəlvətdə söylədikləri vaxt belə, O, onların yanında olur. Allah onların nə etdiklərini əhatə edir. (Nisa surəsi, 108)

 

Quran ayələrini tam qavraya bilmirlər

 

Bu ona görədir ki, onlar iman gətirdikdən sonra kafir oldular.Sonra da onların qəlbinə möhür vuruldu.Artıq onlar anlamırlar. (Münafiqun surəsi, 3)

Kitabı sənə nazil edən Odur.O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır.Digərləri isə mənası aydın olmayan ayələrdir.Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mütəşabih (mənası aydın olmayanın) ardınca düşərlər.Onun yozumunu isə Allah`dan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər. (Ali-İmran surəsi, 7)

 

İnkar edənlərlə möminlərin əleyhində dostluq edirlər

 

Bu ona görədir ki, onlar Allah`ın nazil etdiyinə nifrət edənlərə: “Biz bəzi işlərdə sizə itaət edəcəyik!”– dedilər. Allah onların sirlərini bilir. (Muhəmməd surəsi, 26)

Möminləri qoyub kafirləri (özlərinə) dost tutanlar gücü və əzəməti onlardamı axtarırlar? Halbuki qüvvət və əzəmət tamamilə Allah`a məxsusdur. (Nisa surəsi, 139)

 

Allah yolunda mübarizə aparmamaq üçün müxtəlif bəhanələr uydururlar

 

Yol, ancaq o kəslər əleyhinədir ki, varlı olduqları halda (döyüşə getməmək üçün) səndən icazə istəyərlər və bunlar geridə qalanlarla birlikdə olmağı seçərlər...(Tövbə surəsi, 93)

Əgər Allah səni onlardan bir zümrənin yanına göndərsə və onlar (döyüşə) çıxmaq üçün səndən izn istəsələr, de: “Siz bir daha mənimlə (döyüşə) çıxmayacaq və mənimlə birlikdə heç bir düşmənlə vuruşmayacaqsınız. Çünki siz birinci dəfə (evdə) oturmağa razı oldunuz. Elə isə arxada qalanlarla bərabər, siz də (evdə) oturun!” (Tövbə surəsi, 83)

Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar: “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!” (– deyə) Allah`a and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir. (Tövbə surəsi, 42)

 

İbadətlərini könülsüz yerinə yetirirlər

 

Onların sərf etdiklərinin qəbul olunmasına yalnız o mane olur ki, onlar Allah`ı və Onun Elçisini inkar edir, namaza tənbəlliklə qalxır və (mallarını) könülsüz xərcləyirlər. (Tövbə surəsi, 54)

Münafiqlər, həqiqətən də, Allah`ı aldatmağa çalışırlar. Halbuki (Allah) onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allah`ı olduqca az yad edərlər. (Nisa surəsi, 142)

Allah`a və Axirət gününə iman gətirənlər Allah yolunda malları və canları ilə cihad etmək üçün səndən izn istəməzlər. Allah müttəqiləri tanıyır. Ancaq Allah`a və Axirət gününə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər (döyüşə getməmək məqsədilə) səndən izn istəyirlər. Onlar öz şübhələri içində tərəddüd edirlər. (Tövbə surəsi, 44-45)

 

Müsəlmanlara qarşı düşmən münasibəti bəsləyirlər, kinlidirlər

 

...Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür... (Ali-İmran surəsi, 118)

Bax, siz o kəslərsiniz ki, onlara məhəbbət bəsləyir, onlar isə sizi sevmirlər. Siz (nazil olan) kitabların hamısına inanırsınız. Onlar sizinlə rastlaşanda: “Biz iman gətirdik!”– deyirlər, təklikdə qalanda isə sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirirlər. De: “Qəzəbinizdən ölün!” Şübhəsiz ki, Allah kökslərdə olanları bilir. (Ali-İmran surəsi, 119)

 

Peyğəmbərə itaət etmək onlara ağır gəlir

 

Aralarında hökm vermək üçün Allah`ın və Onun Elçisinin yanına çağırıldıqları zaman onlardan bir dəstə üz çevirir. Onlar haqlı olsaydılar, itaət edib onun yanına gələrdilər. Onların qəlbində xəstəlikmi var? Yoxsa onlar şübhəyəmi düşüblər? Ya da Allah`ın və Onun Elçisinin onlara haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, məhz onlar zalımdırlar. (Nur surəsi, 48-52)

Sonra bir-birinin ardınca elçilərimizi göndərdik. Hər dəfə hər hansı bir ümmətə peyğəmbər gəldikdə, onlar onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca (məhv edib) əfsanələrə çevirdik. Məhv olsun iman gətirməyənlər! (Muminun surəsi, 44)

 

Lağlağı edirlər

 

Ayələrimizi lağlağıya qoyanları gördüyün zaman, onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir. Əgər şeytan (bunu) sənə unutdursa, xatırladıqdan sonra zalım camaatla birgə oturma. (Ənam surəsi, 68)

Onlardan (nə üçün istehza etdiklərini) soruşsan, deyərlər: “Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!” De: “Allah`a, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz? (Tövbə surəsi, 65)

Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (lağa qoymasınlar).Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar.Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın.İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır. (Hücurat surəsi, 11)

 

Qeybət edirlər

 

Hər bir qeybət edənin, tənə vuranın vay halına! (Hüməzə surəsi, 1)

Ey iman gətirənlər! Zənnə çox qapılmayın.Çünki zənn edilənlərin bir qismi günahdır.Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın.Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi?Siz ki, bundan iyrənirsiniz. Allah`dan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir. (Hücurat surəsi, 12)

 

Paxıldırlar

 

Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər.Kim Allah`ın ayələrini inkar edərsə, (bilsin ki,) Allah tez haqq-hesab çəkəndir. (Ali-İmran surəsi, 19)

İnsanlar tək bir ümmət idi. Allah (onlara) müjdə verən və qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin. Halbuki (kitab) verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər… (Bəqərə surəsi, 213)

 

Etdikləri yaxşılıqları dilə gətirərək narahatlıq verirlər

 

Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allah`a və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz. (Bəqərə surəsi, 264)

 

Təkəbbürlüdürlər

 

Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxan və (insanları) Allah yolundan sapdıran kəslər kimi olmayın. Allah onların əməllərini hər tərəfdən ehtiva etmişdir. (Ənfal surəsi, 47)

Əgər başına gələn müsibətdən sonra, ona firavanlıq daddırsaq: “Bəlalar məndən sovuşdu!”– deyər və sevinib lovğalıq edər. (Hud surəsi, 10)

Bu sizin yer üzündə nahaq yerə sevinməyinizə və qürrələnməyinizə görədir! (Mömin surəsi, 75)

 

Mübahisəçidirlər

 

De: “Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki O, bizim də Rəbbimiz, sizin də Rəbbinizdir! Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Biz Ona sadiq olanlarıq!” (Bəqərə surəsi, 139)

Allah`ın verdiyi hökmranlıq üzündən (azğınlaşaraq) İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi görmədinmi?... (Bəqərə surəsi, 258)

Sənə bilik gəldikdən sonra kim səninlə (İsanın) barəsində mübahisə edərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allah`ın lənət etməsini diləyək”. (Ali-İmran surəsi, 61)

Bir baxın, siz o kimsələrsiniz ki, bildiyiniz şeylər barəsində mübahisə edirsiniz (bu aydındır) Bəs bilmədiyiniz şeylər barəsində niyə mübahisəyə girişirsiniz?! Əlbəttə, (həqiqəti) Allah bilir, siz bilməzsiniz! (Ali-İmran surəsi, 66)

İnsanlar içərisində eləsi də vardır ki, heç bir biliyi, doğru yolu göstərən rəhbəri və nur saçan bir kitabı olmadan Allah haqqında mübahisə edir. (Həcc surəsi, 8)