Adamlıq DİNİ

Sosial şəbəkələr sevgi üçün fəaliyyət göstərəcək


Sosial şəbəkələr sevgi üçün fəaliyyət göstərəcək

Yozef Gebbels və Hitler 20-ci əsri qana bulayan əli qanlı iki cinayətkar idi. Onlar 9 milyon almanı irqçi idealların arxasınca ölümə sürüklədilər. II Dünya müharibəsi adlandırılan bu kütləvi qırğın 70 milyon insanın ölümünə səbəb oldu. 2 psixopat qatilin ən mühüm silahı təbliğat üsulları idi. Nasist təbliğat təşkilatının dövrəyə buraxdığı yalanları dövrün bütün rabitə orqanları fasiləsiz təkrarlayaraq insanları aldatdılar, manipulyasiya etdilər. Milyonlarla almanı sonu gəlməz müharibənin içinə saldılar.

Yalana əsaslanan təbliğatla kütlələri idarə etmək, şübhəsiz, təkcə nasistlərin istifadə etdiyi üsul deyildi. Bolşeviklər, qızıl xmerler və daha bir çoxları üçün təbliğat əvəzolunmaz silah olub. 21-ci əsrdə isə inkişaf edən texnologiya başda terror təşkilatları olmaqla manipulyasiya etmək istəyən mərkəzlərə geniş imkanlar yaradır. İnternet və ağıl almaz sürətlə inkişaf edən sosial şəbəkələr çox vaxt yalanların asanlıqla ortaya atıldığı, bir düymə ilə dünyanın hər yerinə çatdığı, bir neçə saniyə içində milyonlarla dəfə təkrarlandığı bir məcra halına gəlib. Sülh, dostluq, yaxşılıq üçün istifadə edildikdə çox faydalı vasitə olan sosial şəbəkələr pisliyi yaymaq istəyənlərin əlində təhlükəli vasitəyə çevrilir. Hər gün dəfələrlə nəzarətsiz, adsız, imzasız, provokatif, manipulatif məlumat bombardmanına tutuluruq.

Bu gün təxminən 2 milyard insan sosial şəbəkələrdən istifadə edir. Ağıllı telefonların sürətli yüksəlişi ilə 2020-ci ildə bu rəqəmin 3 milyarda çatacağı gözlənilir. Facebook 1,7 milyard fəal üzvü ilə dünyanın 20%-nə xitab edir. Youtube-un 1 milyard, Google-un 550 milyon, Instagram və Linkedin-in 400 milyon, Twitter-in 350 milyon, Snapchat və Pinterest-in isə 100 milyon üzvü var. Rus Facebooku olaraq adlandırılan Vkontakte-nin 10 ildə 400 milyon üzvü, Çin Facebooku Q-zone-nun həmin müddətdə 1 milyard üzvü oldu. Bu sosial media platformaları özü ilə mesajlaşma metodlarını da gətirdi. İnsanlar çox vaxt telefon əvəzinə, Whatsapp, Facebook Messenger və ya Wechat-ı istifadə etməyə başladılar. Whatsapp, Wechat və Facebook Messenger 1 milyard üzv sərhədini ilk keçənlər olub. QQ isə 2016-cı ildə 900 milyon üzvə sahib oldu. Whatsapp və Facebook Messenger vasitəsilə gündə 60 milyard mesaj göndərilir. Kommunikasiya əsri kimi də adlandırılan 21-ci əsrdə insanlar tarixin heç bir dövründə olmadığı qədər bir-biri ilə əlaqədədirlər.

Bu gün Occupy Wall Street, Black Lives Matter kimi etiraz hərəkatları sosial media üzərindən təşkilatlanır. Ərəb baharında və ya Avropa küçə nümayişlərində Facebooka böyük maddi-texniki dəstək verdi. Sosial media və kommunikasiya əsri 21-ci əsr nəslini də ortaya çıxardı. "Y-generation" və ya "Millenials" olaraq adlandırılan 1990 və 2000-ci il təvəllüdlülərdən ibarət olan bu nəsil yeni mədəniyyəti təmsil etməyə başladı.

İnsanların ünsiyyəti üçün inqilab olan sosial şəbəkələr yardımlaşma, yaxşılığın və sevginin yayılması üçün istifadə edilmək əvəzinə, bir çox ölkədə bəzən ən çox qışqıranı, ən sensasiyalı olanı, ən istehzalı, ən çox təhqirlə danışanı önə çıxarmağa başladı. Qarşısındakını kiçik görən, mən mərkəzli, narkis şəxsiyyətlərin məşhur olduğu bir hala gəldi. İstifadəçilərin bir hissəsi üçün nə danışıldığı deyil, necə danışıldığı əhəmiyyət daşıyır. Məhz bu baxımdan sosial şəbəkələr yanlış insanların əlinə keçdikdə Gebbels və Hitlerin xəyal belə edə bilməyəcəyi nəhəng təbliğat məcrası halına gəlir.

1,7 milyard Facebook hesablarından 80 milyonunun saxta olduğu güman edilir. Twitter-dəki saxta hesab sayının da 23 milyon olduğu təxmin edilir. İstifadəçilər hər gün yazılan 500 milyon tweet-in, Facebook-a yüklənən 350 milyon fotoşəkilin və 100 milyon saatlıq videonun arasında doğru olanı ayırd etmək, seçici olmaq məcburiyyətindədir. Bir çoxuna isə bu məcburi əmək kimi gəlir və qarşılarına ən çox gələn məlumatları həqiqət kimi qəbul edirlər. Halbuki kiçik bir araşdırma ilə bu məlumatların böyük əksəriyyətinin düzgün olmadığı asanlıqla görünə bilər. Sosial şəbəkələrdəki provokatif istiqamətləndirmələr əsas medianın təsiri ilə birləşdikdə isə ortaya daha təhlükəli mənzərə çıxır. Bunun üçün bir yalan əvvəlcə sosial mediada ifadə edilir. Daha sonra ölkənin ən çox satılan qəzetləri "sosial media bu iddia ilə çalxalanır" başlıqları ilə yalanı bütün ölkəyə yayır. Bir neçə nəfərin izlədiyi twitter hesablarının ortaya atdığı yalan bir anda milyonlarla insana çatacaq hala gəlir.

Sosial mediadakı yönləndirmələrin bir bənzəri də axtarış saytlarında baş verir. Google məlumata çatmaq məsələsində sanki yeganə mənbəyə çevrilib. Google arxivləri 2014-cü ildən 30 trilyon səhifəyə indekslənib. Bu arxivdə hər ay 100 milyard, hər saniyə 40.000 axtarış aparılır. Bütün bu axtarışlar Google-ın yazdığı kodların istifadə etdiyi alqoritm vasitəsilə baş verir. Bu indiyə kimi axtarış aparan 1,2 milyard insanın sadəcə Google-ın seçdiyi cavabları əldə etməsi deməkdir. Başqa sözlə, insanlar, bitərəf və düzgün məlumatı əldə etdiklərini güman edirlər, əslində isə Google-ın icazə verdiyi, təsdiq etdiyi və ya istədiyi məlumatı əldə edirlər.

ABŞ-ın prezidenti Donald Tramp seçki kampaniyası zamanı Google-dakı axtarış nəticələrinin rəqibi Hillari Klintonun lehinə nəticə verəcək şəkildə idarə edildiyini dəfələrlə gündəmə gətirmişdi. Google-ın qurucusu Larri Page-in Klintonu açıq şəkildə dəstəkləməsi və Google-ın icraçı direktoru Erik Şmidtin texnologiya şirkətinin Klinton kampaniyasında yer alması bu iddiaları qüvvətləndirdi. İyun ayında Sourcefed saytında yayımlanan bir video Google-ın avtomatik tamamlama alternativləri ilə Klinton lehinə və Donald Tramp əleyhinə şərait yaratdığını ortaya qoydu. Oxşar iddialar Facebook-un "Trending stories" bölməsi üçün də ifadə edilib. Tramp tərəfdarları Facebook-un Klinton xeyrinə olan məsələləri önə çıxardığını ortaya qoydu.

Sosial şəbəkələrin və internetin dağıdıcı təsirini aradan qaldırmağın yolu isə əldə edilən məlumatı ağıl, fərasət və vicdanla qiymətləndirməyi öyrənmək və öyrətməkdir. Minlərlə yalanın arasında həqiqəti görə bilməyənlər təxribata açıq olacaqlar. Bu da xaosdan mədət umanların işinə yarayacaq. Bu təxribatları təsirsiz etmək üçün oxuyan, araşdıran, şüurlu və hamısından önəmlisi həssas və vicdanlı gənclik yetişdirmək lazımdır. Pisliyi təşkil edənlərin ustalıqla uydurub yaydıqları yalanlara qarşı yaxşıların ən əhəmiyyətli gücü vicdanları və yaxşılıqda qətiyyətli olmalarıdır. Sevgi, dostluq, sülh və düzgünlükdə qətiyyətli olanların vicdanı həm qarışıqlıq istəyənlərə qarşı sədd olacaq, həm də sosial şəbəkələri yaxşılıq məcrası halına gətirəcək.

Adnan Oktarın «New Straits Times»da dərc edilən məqaləsi:

http://www.nst.com.my/news/2017/01/205947/it-will-work-love

http://www.harunyahya.org/tr/Makaleler/240552/Sosyal-Medya-Sevgi-icin-Calisacak