İnkar edənlər

İnkarçıların ölüm anında yaşayacaqları


İnkarçıların ölüm anında yaşayacaqları

Allah Quranda ölümlə bağlı ayələrdə ölüm anında yalnız öləcək insan tərəfindən görünən, amma digər insanlar tərəfindən görünməyən bəzi hadisələrin varlığını bizə xəbər verir.

Vaqiə surəsində «(Can) boğaza yetişdiyi (ölüm gəlib çatdığı) zaman siz (ona) baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir). Biz ona sizdən daha yaxınıq, amma siz (bunu) görmürsünüz (Vaqiə surəsi, 83-85) deyə bildirir.

Başqa bir ayədə də, ölüm anında ətrafdakılar tərəfindən görünməyən hadisələrin inkarçılar üçün "çətinlik anı" olduğu bildirilir:

Onların nə mal-dövləti, nə də oğul-uşağı səni heyrətə salmasın. Allah bununla onlara (münafiqlərə) ancaq dünyada əzab vermək və kafir olduqları halda, canlarının (çətinliklə) çıxmasını istər. (Tövbə surəsi, 85)

Möminlərin ölümü isə gözəlliklə olur:

O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: “Sizə salam olsun! Etdiyiniz (gözəl) əməllərə görə Cənnətə daxil olun!” – deyərlər. (Nəhl surəsi, 32)

 Yuxarıdakı ayələrdən belə bir nəticəyə gəlirik:

Ölüm anında ölən insanın yaşadıqları ilə onu izləyən şəxslərin gördükləri çox fərqlidir. Yəni bədənin tibbi ölümü ilə Quranda təsvir edilən ölüm əslində çox fərqli hadisələrdir.

Məsələn, həyatı boyu Allahı inkar etmiş, pis əxlaq göstərmiş, haram əməlləri törətməkdən çəkinməmiş insanlar yuxularında çox rahat şəkildə ölmüş kimi görünsə də, Qurana görə, başqa bir ölçüyə keçən ruhu o anda bizim bilmədiyimiz, görmədiyimiz, böyük əzab içində ölümü yaşayır. Yaxud da əksinə, əziyyət çəkdiyi güman edilən bir möminin ruhu, ayədə də bildirildiyi kimi, əslində heç əziyyət çəkmədən, mələklər tərəfindən bədənindən gözəlliklə alınır.Yəni ölüm inkarçılar üçün böyük əzab, möminlər üçün böyük nemət və gözəllik olur.

Küfrün ölümü:

1- Ölüm anında inkarçıların arxalarına və üzünə vurularaq canı alınır.

Bəs mələklər onların üzlərinə, arxalarına vura-vura canlarını alanda halları necə olacaq? Bu da onların Allahın qəzəbinə səbəb olan şeyə uymaları və (Allaha) xoş gedən şeyi bəyənmədiklərinə görədir. Elə buna görə də (Allah) onların əməllərini puç etdi. (Muhəmməd surəsi, 27-28)

2- Ölümün «şiddətli sarsıntı»larını yaşayarkən mələklər inkarçıya ölüm anında əbədi və alçaldıcı əzablarını müjdələyir:

… Kaş sən zalımları ölüm əzabı içində çapalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin! (Ənam surəsi 93)

3- Mələklər inkarçıların üzünə və yanlarına vuraraq canlarını alır:

Kaş sən kafirləri mələklər onların üzünə və yanlarına vura-vura: “Dadın atəşin əzabını!” – deyib canlarını alanda görəydin! Bu (əzab) sizin öz əllərinizlə qazandığınız (əllərinizin törətdiyi) günahlara görədir. Yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir! (Ənfal surəsi, 50-51)

4- İnkarçı ölüm anında həqiqətləri qəti gözlə gördüyü üçün ruhu bədənindən ayrılmadan əvvəl başına gələcəkləri hiss edir. Can körpücük sümüyünə gəlib çatdıqda ölüm qorxusundan ayaqları bir-birinə dolaşır:

O gün neçə-neçə üzlər tutulub qaralacaq,(Sahiblərinin) bel sümüklərinin (dəətli bir əzabla) qırılacağını anlayacaqdır!Xeyr, (can) boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi,“(Onu bu bəladan) kim xilas edə bilər?” – deyiləcəyi,ayrılıq dəminin gəlib çatdığını anlayacağı,Və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman,Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır! (Qiyamət surəsi, 24-30)

Bu ayələrdən inkar edən insanın ölümü kənardan baxdıqda rahat görünsə də, böyük dəhşət yaşadığı, əzabla qarşılaşdığı məlum olur. Ölüm mələkləri əzab verərək və alçaldaraq onun canını bədənindən çıxarırlar. Quranda bu mələklərin kafirlərin canlarını bədənlərindən, "zorla alanlar" (Naziat surəsi, 1) aldıqları bildirilir. Ölümün həqiqəti budur. Ancaq Quranı bilməyən, ölən insanın yanında olan insanlar yalnız tibbi ölümü bilirlər. Həyatı funksiyaları yekunlaşmaq üzrə olan bir bədən görürlər. Nə onun üzünə və kürəyinə vurulduğunu, nə ayaqlarının dolaşdığını, nə də canının körpücük sümüyünə gəlib çatdığını görürlər.

İkarçının ölümünün xülasəsi;

-Şiddətli sarsıntılar içində olur.

-Mələklər əllərini ona sarı uzadır və təhqiramiz və yandırıcı bir əzabla müjdə verirlər.

-Mələklər onların üzünə və kürəyinə vuraraq canını alırlar.

-Ruhu ən dərindən kədərlə sökülür.

-Ruhu körpücük sümüklərinə qədər gəlib çatır, o zaman qorxu və təlaşdan ayaqları bir-birinə dolaşır və son müdaxilə edilir.

-Canı çətinliklə çıxır.