Peyğəmbərlər

Hz. Mehdinin (əs) mübarizəsi necə olacaq?


Hz. Mehdinin (əs) mübarizəsi necə olacaq?

Bədiüzzamanın əsərlərində “acib bir şəxs” (heyrətamiz, təəccüblü, bənzəri görülməmiş) kimi təsvir etdiyi hz. Mehdinin (əs) mübarizəsi zamanı istifadə edəcəyi üsullar da bənzəri görülməmiş, qeyri-adi və təsirli olacaqdır. Hz. Mehdi (əs) həm inkarçı fəlsəfələrlə olan fikri mübarizəsində, həm də din əxlaqının təbliğində - Allahın izni ilə - ən ağıllı üsullardan istifadə edəcək, hər işi sürətlə nəticələnəcək, hər bir hərəkəti yüksək ağıl və hikmət daşıyacaq.

Bu mübarizədə hz. Mehdinin (əs) əsrarəngiz möcüzələr göstərəcəyini düşünmək yanlışdır. Çünki hz. Mehdi “səbəblər çərçivəsində”, başqa sözlə desək, dünya şəraitində baş verəcək mübarizə aparacaq. Axırzaman hədislərində verilən məlumatları da bu ölçüdə dəyərləndirmək lazımdır. Bu hədislər, əslində, “mütəşabih” (məcazi mənada) olduğundan müəyyən bənzətmələr işlədilir. 

İslam aləminin böyük bir həyəcanla zühurunu gözlədiyi hz. Mehdi haqqında bu günə qədər bir çox mövzuya yer verilib. Şübhəsiz ki, Peyğəmbərimizin (səv) hədislərində çox ətraflı olaraq təsvir etdiyi, İslam alimlərinin əsərlərində geniş yer verdiyi belə mühüm mövzu haqqında bütün müsəlmanların ətraflı bilgi sahibi olmaları çox vacibdir. Yaşadığımız son illərin axırzaman əlamətlərinin ard-arda gerçəkləşdiyi dövr olduğu da nəzərə alındıqda mövzunun əhəmiyyəti daha da yaxşı anlaşılır.

Şübhəsiz ki, səmimi olaraq iman gətirən bütün müsəlmanlar axırzamanın müqəddəs şəxsləri hz. İsa və hz. Mehdi haqqında məlumata sahib olmağı, gəlişləri üçün hazırlaşmağı, zühur etdikləri zaman onları hədislərdə bildirilən xüsusiyyətləri ilə tanımağı və mübarizələrində köməkçiləri olmağı qəlbən arzu edirlər.
Bu bölmədə hz. Mehdinin (əs) mübarizəsindən bəhs edəcəyik. Hz. Mehdinin mübarizəsi ilə bağlı mühüm məlumatları hədislər və İslam alimlərinin izahları əsasında sual-cavab şəklində bir yerə topladıq.

Bəzi insanlar hz. Mehdini və mübarizəsini xəyali mənzərə kimi düşünür, hz. Mehdinin fövqəladə hadisələr, möcüzələr həyata keçirəcəyini zənn edirlər. Ancaq həqiqət bu cür deyil. Hz. Mehdi ilə bağlı möcüzələrdən bəhs edilən hədislərin çoxu "mütəşabih" hədisdir, yəni bənzətmədir. Məsələn, “Hz. Mehdinin quru budağı torpağa əkəcəyi və budağın yaşıllaşacağı” ilə bağlı hədisin mənası bir izaha əsasən, əvvəl hidayət sahibi olmayan bir insanın qısa müddət ərzində hz. Mehdinin vəsiləsi ilə hidayətə qovuşması və İslam əxlaqının yayılması üçün faydalı hala gəlməsidir. (Doğrusunu Allah bilir) 

Hz. Mehdini və mübarizəsini qabardılmış bir xəyal kimi dəyərləndirməyin yanlış olduğunu, əvvəla, bizə Allahın Quranda bildirdiyi əxlaq göstərir. İnsanların çoxunun peyğəmbərləri insandan üstün varlıqlar olaraq gözlədiyi, ancaq bunun yanlış olduğu ayələrdə xəbər verilir. Bu mövzu “Furqan” surəsində belə açıqlanır: 

Səndən öncəki elçilərimiz də yemək yeyər, bazarları gəzib dolanardılar. Sizin bəzilərinizi digərlərinizlə sınaqdan keçirtdik ki, görək səbir edə biləcəksinizmi? Sənin Rəbbin Görəndir. Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: “Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?” Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər. (Furqan surəsi, 20-21)

“Ənbiya” surəsinin 7 və 8-ci ayələrində "Biz səndən əvvəl də özlərinə vəhy nazil etdiyimiz ancaq kişilər göndərmişdik. Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun. Biz onları yemək yeməyən bir vücud etmədik. Onlar əbədi də deyillər." deyilir. “Bəqərə” surəsinin 210-cu ayəsində isə "Yoxsa onlar Allahın (əzabının) bulud kölgələri içində mələklərlə gəlməsini və işin tamam olmasını gözləyirlər? Şübhəsiz ki, (bütün) işlər Allaha qayıdacaqdır." - deyə buyurulur. Bütün bunlar hz. Mehdi və axırzamanla bağlı digər mövzuların da ağıl və məntiqdən kənarlaşdırılıb, xəyal çərçivəsində düşünülməsinin doğru olmadığına diqqət çəkir. Hz. Mehdi "səbəblər daxilində", yəni normal dünya şəraitində mübarizə aparacaq. Ancaq bu mübarizədə çox səbirli olacağına və olduqca təsirli üsullardan istifadə edəcəyinə şübhə yoxdur.

1-Hz. Mehdi (əs) mübarizəsinə neçə yaşında başlayacaq? 

Peyğəmbərimizin (səv) hədislərində hz. Mehdinin mübarizəsinə başladığı illərdə 30-40 yaşlarında olacağı xəbər verilmişdir: 

Yaşı 30-40 arasında olduğu halda göndəriləcəkdir... Mehdi mənim övladlarımdandır. 40 yaşlarındadır. (Əl-Qəvlu´l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 41) 

40 yaşındadır. Digər bir rəvayətə görə, 30-40 yaşındadır. (Qiyamət Əlamətləri, Bərzənci, s. 16) 


Mehdi mənim nəslimdəndir. O, 40 yaşındadır. Üzü, sanki parlaq bir ulduzdur... (Mer´iy b. Yusuf b. Əbu bəkir b. Əhməd b. Yusuf əl-Məqdisi "Fəvaidu Fəvaidi´l Fikr Fi´l İmam Əl-Mehdi Əl-Müntəzər")