Quranda Sədaqət

Sədaqətin qarşılığı-Allahın rizası


Sədaqətin qarşılığı-Allahın rizası

Allah “Səbr et! Sənin səbrin ancaq Allahdandır. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də sıxılma.” (Nəhl surəsi, 127) “Sən səbirli ol! Həqiqətən də, Allahın vədi haqdır. Qoy (axirətə) yəqinliklə inanmayanlar səni qeyri-ciddi olmağa (dindən dönməyə) sövq etməsinlər.” (Rum surəsi, 60) ayələri ilə möminləri qarşılaşdıqları çətinliklər qarşısında ruhdan düşməmələri, kədərlənib təlaşlanmamaları və dindən dönməmələri barədə xəbərdar etmişdir. İman gətirən hər insan AllahınQuranda bildirdiyi bu ayələri heç unutmadan tətbiq etməklə və Allah üçün etdiyi xidmətdə qətiyyətli, səbirli və sadiq olmaqla məsuldur.

Güclü sədaqət duyğusuna sahib insanın dərin imana sahib olduğu da aydındır.Bu, möminə Allah yolunda başına gələ biləcək hər cür çətinliyə qarşı səbir etmək üçün şövq və güc verir. Həmin insan daima Allaha yönələn, Allahı zikr edən, Ondan qorxub, Onu sevən və yalnızca Allahı Vəli bilən əməlisaleh bir quldur. Allaha qarşı duyulan bu güclü bağlılığı sayəsində mömin bu yolda daima saleh əməllər edən və Allahın rizasını qazanmağa çalışan, üstün əxlaqlı və kamil iman sahibi dəyərli bir şəxsdir. Belə ki, Allaha və Onun Peyğəmbərinə qarşı duyulan sədaqət və bağlılıq möminləri iman gətirməyən insanlardan fərqləndirən, səmimiyyətlərini göstərən və onlara həyatlarının hər anında güc verən əhəmiyyətlimömin vəsfidir. Allah bir ayəsində “O kəslər ki, Allaha verdikləri sözü yerinə yetirir və əhdi pozmurlar.” (Rad surəsi, 20) şəklində buyuraraq möminlərin bu güclü sədaqətinə diqqət çəkir.

Allah yolunda qarşılarına çıxan maneələrdən heç vaxt təsirlənməyərək Quran əxlaqını yaşamağa və bu əxlaqı bütün insanlara yaymağa çalışmaları möminlərin Allaha qarşı olan sədaqətlərinin və bağlılıqlarının ən açıq dəlillərindən biridir. Allah möminlərin Ona olan səmimi itaətləri və sarsılmaz sədaqətlərinin qarşılığında onlara bu cür vəd edir:

Kim Allahı, Onun Elçisini və iman gətirənləri (özünə) dost tutarsa, (bilsin ki,) qələbə çalanlar da məhz Allahın firqəsidir. (Maidə surəsi, 56)

Mömin imtahanına uyğun olaraq həyatı boyu bəzi çətinliklərlə qarşılaşa bilər, amma Allahın vədinin haqq olduğunu bilərək “qələbə çalanların Allahın firqəsi olduğunu” heç vaxt unutmaz. Möminlərin cəsarətli, səbirli, güclü, fədakar əxlaq göstərə bilmələrinin və həyatlarının sonuna qədər sahib olduqları bu üstün əxlaqla yaşamalarının səbəbi Quran əxlaqına möhkəm sarılmaları və Allaha qarşı güclü itaət və sədaqətləridir. Allah Quranda hz. Nuhun sədaqətini bu mövzuda bütün möminlərə örnək göstərmiş, onun insanları gözəl əxlaqa dəvət etməsindəki qətiyyətindən və əzmindən təriflə bəhs etmişdir:

O dedi: “EyRəbbim, mənxalqımıgecədə, gündüzdədəvətetdim. Ammadəvətimonların (haqdan) qaçmalarınıdaha da artırdı.Sənonlarıbağışlayasandeyəmənhərdəfəonları (imana) dəvətetdikdəonlarbarmaqlarınıqulaqlarınatıxayır, paltarlarınabürünür, (küfrlərində) israredirvəötkəm-ötkəmtəkəbbürlənirdilər.Sonramənonlarıaşkarcasınadəvətetdim.Sonramənonlara (həmucasəslə), (həmdə) gizlicəbildiribdedim: “Rəbbinizdənbağışlanmağınızıdiləyin! Həqiqətən, O, çoxBağışlayandır! (Nuhsurəsi, 5-10)

Allaha iman gətirən hər insan hz. Nuhun əxlaqında olduğu kimisahib olduğu və Allahın rizasını və Cənnətini qazandıracaq olan bu sədaqəti qəlbində çox güclü hiss etməlidir. Bütün möminlər Allahın onlara göstərdiyi bu doğru yolda davam edə bilmək və Allahın rizasını qazana bilmək üçün Allahın “Mədinə əhalisinə və onların ətrafındakı bədəvilərə (döyüşdə) Allahın Elçisindən geri qalmaq, onun canından öncə öz canlarının hayına qalmaq yaraşmaz. Çünki Allah yolunda onlara üz verən elə bir susuzluq, yorğunluq və aclıq, kafirləri qəzəbləndirən elə bir atılmış addım, düşmən üzərində qazanılan elə bir uğur yoxdur ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmasın. Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz. Allah onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın deyə xərclədikləri elə bir kiçik və ya böyük məsrəf, keçdikləri elə bir vadi yoxdur ki, (buna görə) onlara (savab) yazılmasın.” (Tövbə surəsi, 120-121) ayələrinə əsasən, hər cür çətinliklərlə qarşılaşsalar da, həyatları boyu Allaha tam səmimi, bağlı qul ola bimək üçün cəhd etməyə davam etməlidirlər.

Möminlərin Allaha qarşı duyduqları bu səmimi bağlılıq onların dövlətə və millətə olan bağlılıqlarını və hörmətlərini də artırıb gücləndirir. Möminlər hər zaman Allahın rizasını qazandıracaq xeyirli işlər görməyə çalışdıqları üçün birlikdə yaşadıqları cəmiyyətə və insanlara da böyük fayda verəcəklər. Allah “Belələri Allaha, axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər.” (Ali İmran surəsi, 110) ayəsi ilə möminləri insanları pislikdən uzaqlaşdırıb, yaxşılığı əmr edən, insanları hər fürsətdə gözəl əxlaq göstərməyə davam edən əməlisaleh insanlar olaraq bildirmişdir. Möminlər bu cür gözəl əxlaq göstərərək insanlar arasında sülh və nizamı, birlik və bərabərliyi gücləndirərək cəmiyyətin əxlaqi və mədəni dəyərlərinin daimiliyini təmin edəcəklər. Beləcə, cəmiyyətin hər bir üzvü daha güclü, daha gözəl əxlaqlı, daha səmimi və daha çalışqan olacaq. Mömin Allaha və Onun elçisinə könüldən bağlı olduğu müddətcə qarşılaşdığı çətinliklər hər zaman asanlığa çevriləcəkdir. Həyatları boyu Allaha sadiq qalan möminlər hər zaman Allahın yardımı, qoruması və rəhməti ilə qarşılaşacaqlar:

Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır. (Loğman surəsi, 22)